No Image
No Image

“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” - SENSASIYALI AÇIQLAMA

“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” -  SENSASIYALI AÇIQLAMA
Ermənistan mediası və Telegram kanalları sensasion bir məlumat yayıblar. Məlumatda iddia olunur ki, Qarabağdakı erməni silahlı birləşmələri yaxın zamanda tərkisilah ediləcək. Xəbərin qaynağı kimi Ermənistanın Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan göstərilir.

Sfera.az xəbər verir ki,Minasyan deyib ki, Nikol Paşinyan və Vaqarşak Arutyunyan artıq buna razılıqlarını veriblər. "Artsax milisinin, ya da Artsax qvardiyasının və ya daxili polisin adının verilməsinin fərqi yoxdur, problem ondadır ki, Artsax artıq təhlükəsizliyini təmin edə bilməyəcək".

Qondarma rejimin adından bölgədə yerləşdirilmiş silahlıların Ermənistana bağlı olmasına kimsədə şübhə yoxdur. Musavat.com -a görə 10 noyabr 2020-ci ildə imzalanmış üçlü sazişin 4-cü bəndinə əsasən, bu silahlılar Azərbaycan ərazilərindən, o cümlədən də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və hər yerdən çıxarılmalıdır. Azərbaycan bunda israr edir, bütün formatlarda bu məsləni qaldırır və görünən budur ki, bu israrın nəticələri vardır. Ermənistana bağlı silahlılar məhz 10 noyabrda imzalanmış saziş əsasında Azərbaycandan çıxmalı, onların yerinə Rusiya sülhməramlıları dinc erməni əhalisini qorumalıdır. Proses bu sonluğa doğru başlayıb.

Bundan sonra da məlumdur: ilk növbədə Ağdərə - Kəlbəcər yolu açılacaq, daha sonra Xankəndinə Azərbaycan əhalisi (Xankəndindən qaçqın düşənlər) qaytarılacaq, daha sonra ...qarışıq əhali yaşayan məntəqələrdə Azərbaycan polis idarələri qurulacaq, orada fəaliyyət göstərmək üçün yerli ermənilər işə alınacaq və s...

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dünya koronavirusun üçüncü dalğasının astanasında... - Ölkələr qorxu içindədir, peyvənd qıtlığı yaşanır

Artıq bir ildən çoxdur, həyatımızın bir parçası olan COVID-19 virusu dünyanın əksər ölkələrində üçüncü dalğasına keçid edib.    Sfera.az-ın məlumatı...

Korona Çində yayılmayıb - ÜST-dən ŞOK

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir....

S-300 kompleksi Moskva yaxınlığında qəzaya uğradı

S-300 zenit-raket kompleksi Moskva vilayətində qəzaya uğrayıb. Sfera.az xəbər verir ki, raket kompleksini daşıyan maşın yoldan çıxaraq xəndəyə düşüb. ...

Paşinyan hərbçilərə müraciət etdi: “Heç bir halda...”

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ordunun rəhbər heyəti ilə müşavirə keçirib. Sfera.az xəbər verir ki, Paşinyan Ermənistan dövlətinin və xalqı...

Bu tarixdən sonra həyat normallaşacaq - Professor

May və iyun ayında dünyada həyat normallaşacaq. Sfera.az xəbər verir ki, bunu Almaniya mətbuatına açıqlamasında "Biontech” şirkətinin qurucusu, türkiyəli ...

"Ermənistanın məğlub olmasının əsas səbəbi..."- Keçmiş senator

"Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər” operativ-tatiki raketlərinin yararsız olduğu və Qarabağda tətbiqi zamanı "10 faiz partladığı” haqda bəyanat...