Ağrıya qarşı təbiətin gücü! - FOTO

Ağrıya qarşı təbiətin gücü! - FOTO

Həyatında ən az bir dəfə də olsa oynaqlarında ağrı hiss edən şəxs, bunun adət etdiyi həyat tərzini necə dəyişdirdiyini bilir. Artrit, artroz, onurğanın osteoxondrozu, idman zədələnmələrinin  nəticələri və oynaqətrafı (periartikulyar) toxumaların iltihabı, sizi yuxudan və ən sevdiyiniz  məşğuliyyətlərdən məhrum edə bilər. Oynaqlarda ağrının olması bir çoxları üçün fəaliyyəti məhdudlaşdıran, vərdiş olunan hərəkətləri edərkən diskomfort yaradan faktor halına çevrilir. Çox vaxt ağrı hərəkətdə olarkən, pilləkənləri çıxarkən, əlavə yüklənmə və ya ağırlıq qaldırma zamanı güclənir. Ancaq bir çoxları ağrıların keçəcəyinə inanaraq ilk simptomlara əhəmiyyət vermirlər. Bu isə ağırlaşmalara səbəb ola biləcək böyük bir səhvdir. Həkimlər əmindir: müalicəni təxirə salmasanız problem həll edilə bilər.

Oynaq xəstəliklərinin (artrit və artroz) müalicəsində ümumi profilaktik tədbir qığırdaq toxumasının qidalanmasını pozmadan, zədələnmiş oynaqlara düşən yükün növbələşməsini və onların rahtlanmasını təmin edən hərəki aktivlikdir. Özünüzü daha çox hərəkətdə olmağa məcbur etməyin sadə bir yolu, hərəkətin əlavə kalorilərin yandırılmasına və bununla da arıqlamağa kömək etdiyini xatırlamaqdır. Bildiyiniz kimi, artıq çəki oynaqlara əlavə yük olaraq ciddi zədələnmələr ehtimalını artırır.

Oynaq xəstəliklərinin  qarşısının alınmasında və müalicəsində əzələlərin güclənməsi vacib rol oynayır. Güclü əzələlər, zəif əzələlərdən fərqli olaraq oynaqları və sümükləri daha yaxşı dəstəkləyir.

Sağlam balanslaşdırılmış qidalanma da oynaqların uyğun hərəki aktivliyinə kömək edir: bəzi ədviyyatlar, meyvə və tərəvəzlər təbii iltihabəleyhinə vasitələrdir (məsələn: zəncəfil, rozmarin, şüyüd, kəklikotu, darçın və s. antiseptik və ödeməleyhinə təsir göstərir). Təbii vasitələr hər zaman əlçatandır - sadəcə onlardan istifadə etmək lazımdır. Üstəlik, bu vasitələrin bir çox danılmaz üstünlükləri var. Hər hansı bir bitkinin tərkibi çox müxtəlifdir və onların əsasında olan vasitələr kompleks təsirə malikdir - məsələn, iltihabəleyhinə, ağrıkəsici, ümumi möhkəmləndirici, antioksidant, diuretik və s.. Buna görə dərman bitkiləri əsasında hazırlanan hər hansı preparat orqanizmə kompleks şəkildə təsir edir.

Xoşbəxtlikdən, günümüzdə ənənəvi tibb təcrübəsi sağlamlığa müsbət təsir edən yeni keyfiyyətli vasitələrin hazırlanmasında səmərəli şəkildə istifadə olunur. Oynaq xəstəliklərinin müalicəsində tablet və inyeksiya formasında preparatlarla yanaşı, tərkibində aktiv maddələr olan müalicəvi gellər, məlhəmlər və kremlər də istifadə olunur. Rahat istifadə qaydası və əlavə təsirlərin olmaması bu qrup prepartların üstünlükləridir. Buna baxmayaraq, oynaqların müalicəsi üçün hər hansı təbii vasitənin, həkimlə məsləhətləşdikdən və dəqiq diaqnoz qoyulduqdan sonra tətbiq edilməli olduğunu bilmək vacibdir. (milli.az)

OXŞAR XƏBƏRLƏR

Meyvə xeyirlidir, amma… — Həkim MƏSLƏHƏTİ

 Sağlam yaşamağın təməli düzgün qidalanmaqdır. Mövsümə uyğun qidalanmaq isə həmin dövrdə yarana biləcək xəstəliklərlə mübarizə üçün olduqca vacibdir. ...

Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?

 COVID-19 keçirərək sağalanların ağciyərlərini bərpa etmək üsulları barədə rəy açıqlanıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı pu...

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çı...

Koronavirusla bağlı dünyanı sevindirən xəbər – “COVİD-19” öz-özünə yoxa çıxacaq

Sfera.az-ın məlumatına görə, dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çı...

Aspirin koronavirusdan qoruyurmu?- Məşhur kardioloq qandurulaşdırıcılardan danışdı

"Yeni növ koronovirusa yoluxduqda ağciyərlə birlikdə bütün orqanlar zərər görə bilir”. Sfera.az xəbər verir ki, bunu e-tibb.az-a Respublika Müalicə-Diaqno...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için…

"Evdə müalicə alanlar ən azı sutkada 30 ml/kq maye qəbul etməlidir. Bu, ən minimal fizioloji tələbatdır. 37 dərəcə temperaturdan yuxarı hər 1 dərəcə Selsi üçün ...