No Image
No Image
No Image

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir - FOTO

Anar Eyvazov: Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı davam edir - FOTO
 İşğal edilmiş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. İtirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib və Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Lakin düşmənin bu fəaliyyətinin qarşısı alınıb.

Sfera.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 30-da keçirilən brifinqdə deyib.

A.Eyvazov bildirib ki, az əvvəl Ermənistan silahlı qüvvələri "Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb. Azərbaycan Ordusunun dəqiq atəş zərbələri ilə Ermənistan ordusunun Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığındakı 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Düşmənin cəbhənin Cəbrayıl rayonu istiqamətində döyüş texnikaları məhv edilib. Ermənistan silahlı bölmələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru ağır artilleriya atəşinə tutulub. Həmçinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib. Qoşunların idarə edilməsi tam pozulub. Bundan başqa, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçıb. Həmin diviziyanın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci dağ atıcı alayının qərargahına zərbə endirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, əks-hücum əməliyyatı başlayandan indiyədək düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən artıq avtomobil texnikası məhv edilib.

Hazırda Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan Ermənistan silahlı qüvvələri bölmələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı davam edir. Canlı qüvvə və döyüş texnikası baxımından ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların təxliyəsini təşkil etməkdə aciz qalıb.

Anar Eyvazov qeyd edib ki, işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində döyüşlərdə əldə edilən qələbələr xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. On minlərlə azərbaycanlı Müdafiə Nazirliyinə müraciət edərək əsgərimizlə birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiklərini bildiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə onlara təşəkkür edir və döyüşlərə qoşulmaq istəyən hər kəsə dərin minnətdarlığımızı çatdırırıq. Onların aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə edirik. Qələbə bizimlədir!

OXŞAR XƏBƏRLƏR

Goranboya düşən “Smerç”in FOTOLARI

 Baş Prokurorluq Goraboy rayonunda yaşayış məntəqəsi atılan raketin və hadisə yerinin fotolarını yayıb. Sfera.az xəbər verir ki, düşmən rayonun Tapqa...

Ermənilər Tapqaraqoyunluya 2 "Smerç" raketi atıb - FOTOLAR

Ermənilər tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə atılan raket iki evin həyətinə düşüb. Sfera.az xəbər verir ki, Goranboy rayonunun Tapqaraqo...

Prezidentin “Figaro” qəzetinə müsahibəsi - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro” qəzetinə müsahibə verib.  Sfera.az  müsahibəni təqdim edir. -Cənab Prezident, ...

Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib - FOTOLAR

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərə...

BNA əməkdaşları rəşadətli Azərbaycan əsgərlərinə məktub yazıb - FOTOLAR + VİDEO

 Bakı Nəqliyyat Agentliyi "ASAN Könüllüləri” təşkilatının "Əsgərə məktub” layihəsinə qoşulub. Agentliyin bir qrup əməkdaşı və "Nəqliyyat Könüllüləri” ərazi...

İsrailin Azərbaycandakı səfiri Mingəçevirdəki elektrik stansiyalarında - FOTOLAR

Oktyabrın 23-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dik Mingəçevirə humanitar səfər edib.   Sfera.az xəbər verir ki, səf...