No Image
No Image

''Analarının intim münasibətdə olduğu kişini evə gətirib və...'' - Göyçayda iki qardaşın CİNAYƏTİ

''Analarının intim münasibətdə olduğu kişini evə gətirib və...'' - Göyçayda iki qardaşın CİNAYƏTİ
Bir müddət əvvəl Göyçay şəhərində bazarda icarə haqlarını yığan Ə.Ş-nın tanışları tərəfindən amansızlıqla döyülməsi hadisəsinin təfərrüatları məlum olub.

Sfera.az xəbər verir ki, istintaq zamanı hadisənin Göyçay şəhər sakini olan 1992-ci il təvəllüdlü Ə.V və F.V tərəfindən törədilməsi müəyyənləşib.

Onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 3 bəndi ilə (Qanunsuz azadlıqdan məhrum etmə) cinayət işi açılıb.

Hadisənin təfərrüatına gəlincə...

Bildirilir ki, ƏV. və F.V-nın atası Göyçayda zərgərlik fəaliyyəti ilə məşğul olub və 2018-ci ildə vəfat edib. İki qardaş eyni zamanda anaları ilə birlikdə qızıl mağazasını işlədiblər. Atalarının ölümündən sonra onlar anaları K.V-dan atalarından qalan və həyətdəki seyfdə saxlanılan qızılları soruşublar.

Qadın isə onda qızıl olmadığını, həyat yoldaşı F.V-nin ona qızıl vermədiyini bildirib. Bundan sonra 2 qardaş qızılların harada olması barədə düşünməyə başlayıblar.

Onlar öz aralarında anaları K-nın Göyçay bazarında icarə haqlarını yığan Ə.Ş ilə isti münasibətlərinin olmasını, hətta anaları ilə həmin şəxsin arasında intim münasibətin olduğunu danışıblar. Bu səbəbdən 2 qardaş qızılların anaları tərəfindən həmin şəxsə verildiyini güman ediblər.

Bu müddət ərzində evdə düşən söz-söhbət nəticəsində K.V qızını götürərək evdən çıxıb və baldızının evində yaşamağa başlayıb.

Qızılların harada olmasını öyrənmək istəyən, eləcə də anaları ilə intim münasibətdə olan şəxslə haqq-hesab çəkmək istəyən qardaşlar isə plan qurublar. Onlar Ə.Ş-nı pivə içmək adı ilə Göyçay şəhəri Ziya Bünyadov küçəsindəki evlərinə dəvət ediblər.

Ə.Ş evə daxil olan kimi qardaşlardan kiçik olanı, ali təhsilli olan 1998-ci il təvəllüdlü F.V ona zərbələr endirməyə başlayıb. Zərbələrin gücündən zərərçəkmiş şəxsin çənə sümükləri sınıb, alt çənə sümüyündəki 7 dişi düşüb, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alıb. Qardaşlar həmin şəxsdən qızılların harada olmasını, anaları ilə hansı münasibətdə olmasını dəfələrlə soruşublar.

Lakin Ə.Ş ona qızıl verilmədiyini, anaları ilə də bacı-qardaş münasibətində olduğunu deyərək iddiaları inkar edib.

Bundan sonra qardaşlardan biri "Nissan Sunny” markalı avtomobillə bibisinin evinə gedərək anası K.V-nı hadisə yerinə gətirib. Burada mübahisə davam edib. Daha sonra onlar sifəti qan içində olan Ə.Ş-nı evdən çıxarmağın lazım olduğunu öz aralarında razılaşdırıblar. Ailə üzvləri evə dəvət edərək vəhşicəsinə döydükləri şəxsin üzünü yuduqdan sonra onu və Ə.Ş-nın özü ilə gətirdiyi velosipedini maşına qoyaraq Göyçay şəhəri Əli Kərim küçəsindəki evinin qarşısına gətirib qoyublar.

Evə gələn Ə.Ş xəstəxanaya yerləşdirilib.

O, başına gələnlərlə bağlı polisə şikayət edib, həmçinin ona dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfdən 200 min manat tələb edib.
 
(publika)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda aptekdə quldurluq edən şəxslər saxlanıldı - VİDEO

 Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata g...

Anasını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatdı

1 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Əhmədova Afaq İbiş qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürm...

Azərbaycanlı "qanuni oğru"ların ən səs-küylü qətlləri - VİDEO

Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət ...

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbi...

Gəncəli Albertin öldürülmə anı - VİDEO

Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon” Əli Heydərovun ("Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzə...

Əli Heydərovu öldürənin kimliyi bəlli oldu - VİDEO

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub. Sfera.az Rusiya mediasına istinadla xəbər ve...