Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanacaq müqavilənin şərtləri müəyyənləşdirildi

Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanacaq müqavilənin şərtləri müəyyənləşdirildi
Sfera.az xəbər verir ki, 10.02.2020-ci il tarixində Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında maliyyələşmə xəttlərinin ayrılması barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olunmuşdu.

Bu gün, Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında birinci, 4 mln. USD məbləğində maliyyələşmə xəttinin ayrılması üçün imzalanacaq müqavilə Banka təqdim olundu. Əlavə olaraq, növbəti tranşların ayrılması üçün danışıqların başlanması razılığına gəlindi.
 
Bildirdiyimiz ki, Fondun təqdim etdiyi maliyyələşmə xəttləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu da müştərilərin kredit və ticarətin maliyyələşməsi ehtiyaclarını tam ödəmək imkanını yaradacaqdır. Xəttlərin yaxın zamanlarda Bankın müştərilərinə təqdim olunması nəzərdə tutlmuşdur.
 
Nəzərinizə çatdırırıq ki, Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır.
 
Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Saba Islamic Bank, Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.
 
Amrahbank: Sizə açıq və aydın bank!  

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...