Alkoqollu içki alarkən diqqətli olun! - Dəhşətə salan fotolar

Alkoqollu içki alarkən diqqətli olun! - Dəhşətə salan fotolar
 Vergi orqanları ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirirlər.
 

Sfera.az Vergilər Nazirliyinə istinadən bildirir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə Mingəçevir şəhərində yaşayış evlərinin birində kustar üsulla alkoqollu içkilərin hazırlanması barədə əməliyyat məlumatı daxil olub.

Vergi xidmətinin əməkdaşları tərəfindən Mingəçevir şəhər məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarına əsasən, Yusubzadə Şəmsəddin Rəzəddin oğlunun yaşadığı Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 8, mənzil 4 ünvanına baxış keçirilən zaman mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədəd isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulka aşkar edilərək götürülüb. İçkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.

Vergi orqanları əhalini bir daha xəbərdar edir ki, ticarət şəbəkələrindən kənar yerlərdən kassa çeki olmadan şübhəli, mənşəyi məlum olmayan alkoqollu içkilərin alışı ilə həm özlərinin, həm də yaxınlarının həyat və sağlamlığını təhlükəyə atmış olurlar. Belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdiriləcək. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur. (yeni sabah)

Y

OXŞAR XƏBƏRLƏR

Tramp tapşırıq verdi:"İran rəsmiləri ilə görüşülsün!"

ABŞ Prezidenti Donald Tramp öz komandasına İran rəsmiləri ilə mümkün qədər tez görüş təşkil etməyi tapşırıb.   Sfera.az xəbər verir ki, bununla bağlı...

Hitlerin vegeteriana çevrilməsinə səbəb olan sevgilisinin müəmmalı ölümü - FOTO

Hitlerin həyatı qəribəliklərlə dolu idi. Onun bacısı qızı ilə qadağan olunmuş eşq macərası buna bir misaldır.   Geli Raubal 1931-ci ildə faciəli şəki...

20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

Bu gün hava səyahətləri adi hala gəlsə də, insanlar bəzi ölümcül qəzalarla da qarşılaşa bilərlər. Pilot Timoti Lankaster Oksfordşirdə heyrətləndirici təyyarə qə...

ABŞ Prezidenti: Hər kəs dərhal Tehranı tərk etməlidir

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.   Sfera.az xəbər verir ki, o, bu barədə “Tr...

10 gün ərzində 4 nəfər çimərlikdən xəstəxanaya yollanıb - SƏBƏB

Dəniz mövsümü başlayar-başlamaz çimərliklərdə xəsarət alanların sayı artıb.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, 10 gün ərzində...

Sözlə yox, əməllə danışacağam - Hidayət Heydərov

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydə...