“Ajiotaj yaratmaq bizə yaraşmaz…” – DEPUTATDAN MÜRACİƏT

“Ajiotaj yaratmaq bizə yaraşmaz…” – DEPUTATDAN MÜRACİƏT

Azərbaycan hökümətinin və dövlətimizin koronovirus təhlükəsi ilə bağlı gördüyü tədbirlər, atılan qabaqlayıcı addımlar vəziyyətin gərginləşdiyini, təhlükənin kritik həddə çatmasını göstərmir. Bu addımlar dövlətin məsələyə həssaslığını, vətəndaşa yönəli istənilən təhdidə hazırlıqlı olma iradəsinin və gücünün ifadəsidir. Ona görə də media orqanlarımızı, habelə iri izləyici kütləsinə malik sosial media səhifələrini və ayrı-ayrı sosial şəbəkə fenomenlərini məsələ ətrafında ajiotaj yaratmamağa çağırıram.

Sfera.az xəbər verir ki, bunu keçmiş və tanınmış telejurnalist, millət vəkili Bəhruz Məhərrəmov deyib.

"Nəzərə alın ki, Siz təhlükədən uzaq şəraitdə reklam yaxud "like” xatirinə sensassiya dərc edərkən, ölkədə, xüsusən İranla sərhəd bölgəsində yerləşən rayonlarımızda çörəyi daşdan çıxan əhali arasında süni psixoloji gərginlik yaradırsız. İmkan verin insanlar həyatlarını yaşasın. Əgər həqiqətən da insanların taleyi size maraqlandırırsa Sizi Biləsuvar rayonuna dəvət edirəm, buyurun ölkənin əsas pambıqçılıq rayonun suvarma suyuna həsrət qalan kəndlərindən yazın, sizli-bizli əl-ələ verib bu problemin həllinə çalışaq. Yoxsa süni ajiotaj yaratmaq bizə yaraşmaz”-deyə, o, sözlərinə əlavə edib.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...