“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...
Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal olunur. 

Sfera.az bildirir ki, 2017-ci ildə 50,64 min ton "Aİ-95” markalı avtomobil benzini idxal olunduğu halda, 2018-ci ildə 57,72 min ton, 2019-cu ildə 53,8 min ton, 2020-ci ildə 97 min ton, bu ilin ilk 5 ayında 59 min ton benzin idxal edilib. Mövcud dinamika qalarsa, 2021-ci ilin yekununda "Aİ-95” markalı benzinin idxal miqdarı 120 min tonu ötə bilər. 

Bəs, yüksək oktanlı benzinə tələbin artması ilə əlaqədar Azərbaycan "Aİ-92” markalı benzinin istehsalını dayandırıb, "Aİ-95” markalı benzinin istehsalına keçid edə bilərmi?

Sfera.az saytına danışan enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, bunu tezliklə həyata keçirmək texniki baxımdan mümkün deyil. O həmçinin xatırlatdı ki, ölkəmizdə "Aİ-92” benzininə tələb daha böyükdür və bu tələbin ödənilməsi üçün yerli istehsalın saxlanılması vacibdir: 

"Qısa müddətdə "Aİ-92” benzininin dövriyyədən çıxarılması, istehsalının dayandırılması mümkün deyil. Həm Azərbaycanda, həm də regionumuzda bu markadan olan benzinə tələb güclüdür. 

Düzdür, "Aİ-95” benzininə də tələb artır. Tələbdəki artıma səbəb yanacağın keyfiyyəti ilə bağlıdır. Yüksək oktanlı benzin daha keyfiyyətli olduğundan avtomobil sahibləri bu benzinin istehlakını artırır. Amma mövcud tələb "Aİ-92” ilə müqayisədə xeyli azdır. "Aİ-95” benzininə illik tələb 100 min tona yaxın olduğu halda, "Aİ-92” benzininə tələb 1,2-1,3 milyon tondur”. 

Ekspert hesab edir ki, əsas məsələ "Aİ-92” benzinin istehsalının dayandırılması yox, onun keyfiyyətinin artırılması olmalıdır. Z.Vəliyev Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsindən sonra bunun mümkün olacağını söylədi: 

"2023-cü ildən sonra "Aİ-92” benzinin keyfiyyəti artırılacaq və buna paralel olaraq "Aİ-95” benzin də istehsal ediləcək. 

Hazırda zavodun emal güclərində ikimərhələli modernləşdirmə və yenidənqurma işləri aparılır. Bu çərçivədə mövcud texnoloji qurğular modernləşdiriləcək, müəssisədə yüksək oktanlı benzin istehsalı, "Avro-5” standartlarına cavab verən "Euro-Dizel” və "Aİ-92” markalı avtomobil benzini istehsalı təmin olunacaq. Modernləşdirmə və yenidənqurma işləri 2023-cü ildə tam başa çatdırılmalıdır. 

Hazırda zavodda "Aİ-95” markalı benzin istehsal edilmir. SOCAR-ın məlumatına əsasən, 2023-cü ildən sonra həm yüksək keyfiyyətli "Aİ-92”, həm də "Aİ-95” markalı benzinin istehsalı həyata keçiriləcək”. 

Z.Vəliyev dedi ki, "Aİ-95” benzinin yerli istehsalının təşkili onun idxalına çəkilən xərci aradan qaldıracaq, eyni zamanda daxildəki qiymət indiki kimi yüksək olmayacaq. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...