Ağlasığmaz hadisə: Ata yemək yemədiyi üçün yaş yarımlıq körpəni yumruqlayıb öldürdü - FOTO

Ağlasığmaz hadisə: Ata yemək yemədiyi üçün yaş yarımlıq körpəni yumruqlayıb öldürdü -  FOTO
Türkiyənin Qaziantep bölgəsində ağlasığmaz hadisə baş verib.
 
Sfera.az bildirir ki, 1,5 yaşlı Elif Hazal Yılmaz atasının atdığı yumruğa görə, müalicə aldığı xəstəxanada vəfat edib. Hadisənin təfərrüatları barədə açıqlamada qeyd olunub ki, 19 oktyabr tarixində bir ay əvvəl doğuş edən Duyqu Yılmaz xəstəxanada müalicə alan övladını görmək üçün evi tərk edib. Həyat yoldaşı Mehmet Yılmaz isə qızı Eliflə qalıb.

Yılmaz acdığını düşündüyü qızına yemək yedirtmək istəyib. Lakin Elif bunu rədd edib. Əsəbiləşən ata azyaşlıya yumruq atıb. Yerə yıxılan Elif hərəkətsiz qalanda, Yılmaz təcili tibbi yardım çağıraraq qızının yıxıldığını deyib. Hadisə ilə bağlı polislər Mehmeti nəzarətə alıb. O, sorğu zamanı qızına yumruq atdığını etiraf edib və tutularaq həbsxanaya göndərilib.

Elif Hazalın nəşi isə dəfn edilmək üçün yaxınlarına təhvil verilib. Duyqu Yılmaz qızının cənazəsi zamanı gözyaşlarına boğulub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR