“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?

“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?
"Daha açıq bir sistem yaradılmalı, burada rəqabətli mühit təmin edilməlidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının ləğv edilərək, onun bazasında Agentliyin yaradılmasının gözlənilən müsbət dəyişikliklərdən danışarkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyib:

"Vətəndaş cəmiyyətinin inkişafı üçün hökumət zəruri şərtləri təmin etməlidir. Ancaq  faktiki olaraq gördük ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan sonra nəinki vətəndaş cəmiyyətinin inkişafına dəstək verilmədi, əksinə, şərtlər bir qədər də sərtləşdirildi. Nəticədə təhlükələri aradan qaldırmaq əvəzinə, bütün müstəqil vətəndaş  cəmiyyəti təsisatlarının fəaliyyəti məhdudlaşdırıldı. Daha çox hökuməti fəaliyyətini təbliğ edən təşkilatlar formalaşdı”.
 
Bu baxımdan da həmsöhbətimiz hesab edir ki, vətəndaş cəmiyyətinin inkişafını istəyiriksə,  daha açıq bir sistem yaradılmalı, burada rəqabətli şərait təmin edilməlidir.
 
"Agentliyin fəaliyyət prinsipi dövlətlə cəmiyyət arasında körpü rolunu oynamaqdan ibarət olmalıdır”.

Bu açıqlama isə politoloq Cümşüd Nuriyevə məxsusdur. O hesab edir ki, Azərbaycanda bu sahədə pərakəndəlik hökm sürürdü: "4 mindən çox QHT qeydə alınsa da 80 faizə qədəri fəaliyyət göstərmir. Faəliyyətdə  olanların da çoxu daha çox xarici qrantlardan asılı olanlardır. Şuranın Agentliyə çevrilməsi dövlətin QHT-lərə diqqətinin rəsmiləşdirilməsi və ikiqat artırılması deməkdir. İanə ayrılması prosesinə indi bəzi yerli və xarici şirkətlər də qatıla biləcək”.

Ekspert hesab edir ki, Agentliyin fəaliyyəti əsasən icraçı direktorun kim olması və onun tutacağı mövqedən asılıdır: "Ona görə də həmin vəzifəyə gətiriləcək adam həm dövlətin, həm  cəmiyyətin, həm də millətin mənafeyini gözləyə bilən, eyni zamanda, ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssis olmalıdır. Çünki dövlət tərəfindən bura ayrılan vəsait həm də dövlətin imicinin formalaşmasına xidmət etməlidir. Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır”.
 
Elçin
 
 
 
.
 
 

OXŞAR XƏBƏRLƏR

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...