“AGBank” 2019-cu ilin ilk rübünə maliyyə hesabatını açıqladı

“AGBank” 2019-cu ilin ilk rübünə maliyyə hesabatını açıqladı

"AGBank” ASC-nin 1 aprel 2019-cu il tarixinə cəmi aktivləri 495,17 mln. manat, cəmi öhdəlikləri 443,72 mln. manat və cəmi kapitalı isə 51,45 mln. manat təşkil edib.

Sfera.az bu barədə kommersiya bankının 2019-cu ilin I rübünə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

İlk rübdə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə demək olar ki, dəyişməz qalıb. Cəmi aktivlərinin 247,98 mln. manatı müştərilərinə verdiyi kreditlərdir.

Hazırda bankın müştərilərdən cəlb etdiyi əmanət portfelinin həcmi 221,17 mln. manat təşkil edir.

Bank 2019-cu ilin yanvar-mart ayları ərzində cəmi faiz gəlirlərini 3,51 mln. manat təşkil edib. Bu ötən ilin müvafiq dövrünə nisbətdə 70% bu il daha az gəlir əldə edə bilməsi deməkdir. Bankın əməliyyat zərəri ümumilikdə 886,14 min manat təşkil etsə də problemli kreditlərdən geri dönüş (437,91min manat) bankın zərərin bir qədər azaldaraq 531,36 min manata salıb.

Bankın xüsusi kapitalında illərdir qalmış zərərin həcmi 623,43 mln. manatdır.

Xatırladaq ki, "AGBank” ASC-nin nizamnamə kapitalı 102,2 mln. manat olmaqla səhmlərinə aşağıdakı səhmdarla nəzarət edir:
♦ 45,61% – 78 Minoritar Səhmdar
♦ 33,57% – Çingiz Əsədullayev
♦ 8,30% – Marçenko Qriqoriy
♦ 5,79% – Fərzulla Yusifov
♦ 4,28% – Beynəlxalq Maliyyə Korporasiyasi
♦ 2,45% – Kazimir Partners Şirkəti (Böyük Britaniya)



OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...