AFFA İntizam Komitəsinin yeni qərarları açıqlanıb

AFFA İntizam Komitəsinin yeni qərarları açıqlanıb
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Premyer Liqanın XII turunun "Neftçi” – "Səbail” oyununun 52-ci dəqiqəsində "Neftçi” azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);

"Səbail” klubu stadiona gec gəldiyi üçün 800 manat cərimə olunur (maddə 54);

XII turun "Sabah” – "Keşlə” oyununda "Keşlə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XII turun "Qəbələ” – "Qarabağ” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XII turun "Sumqayıt” – "Zirə” oyununda "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I Divizionun X turunun "Sumqayıt-2” – MOİK oyununda "Sumqayıt-2” komandasının futbolçusu Cəlal Cəbrayılov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

"Sumqayıt-2” – MOİK oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

X turun "Qarabağ-2” – "Zaqatala” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

"Qarabağ-2” komandasının futbolçusu Rəhim Cəfərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur (maddə 47.1);

X turun "Qaradağ Lökbatan” – "Sabah-2” oyununda "Sabah-2” komandasının futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırdığı üçün komanda 240 manat cərimə olunur. Vurulmuş zərər "Sabah-2” komandası tərəfindən qarşılanmalıdır (maddə 65.1 , 65.2);

X turun "Neftçi-2” – "Səbail-2” oyununda "Neftçi-2” komandasının futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

X turun "Kəpəz” – "Zirə-2” oyununda "Kəpəz” klubunun texniki zonada oturan bəzi şəxsləri "A” buraxılış vəsiqəsindən istifadə etmədiyi üçün klub 80 manat cərimə olunur (maddə 61.3).

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...