Aeroport yolunda qəzada ölənlərin adları açıqlandı - SİYAHI

Aeroport yolunda qəzada ölənlərin adları açıqlandı - SİYAHI
Daxili İşlər Nazirliyi (DİN) aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Bu gün səhər saat 6:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo” markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılmış, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda general-mayora ağır itki üz verdi

Müdafiə nazirinin katibliyinin rəisi general-mayor Namiq Poladovun ailəsində ağır itki üz verib. Sfera.az xəbər verir ki, onun qardaşı Rövşən Poladov düny...

Aeroport yolundakı dəhşətli qəzada YARALANANLARDAN BİRİ DƏ ÖLDÜ

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib. Sfera.az xəbər verir ki,  qəza zamanı xəsarət alan 1975-ci il təvəllüdl...

Aeroport yolunda 5 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın SƏBƏBLƏRİ

"Bakı kimi böyüyən şəhərdə yol-nəqliyyat infrastrukturu, yol hərəkətinin təşkili, təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu mə...

Daha bir universitetdə koronavirusa YOLUXMA: Dərslər...

Azərbaycan Texniki Universitetində üç qrup distant təhsilə keçib. Sfera.az bildirir ki, bu barədə universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat ...

Azərbaycanda bir gündə 4 vəzifəli şəxs işdən AZAD EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdindəki iki milli park və iki qoruğun direktoru vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, bunu açıqlama...

Aeroport yolunda qəzada ölənlərin adları açıqlandı - SİYAHI

Daxili İşlər Nazirliyi (DİN) aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan m...