Açıq şəraitdə satılan qoz təhlükə saçır - DİQQƏT

Açıq şəraitdə satılan qoz təhlükə saçır - DİQQƏT

Qoz ən çox üstünlük verilən və satılan çərəz növüdür. Sağlamlığa faydaları ilə tanınan qoza həm tək, həm də şirniyatların tərkibində üstünlük verilir. Bu qədər çox yediyimiz qozun, açıq havada şəraitində satıldıqda təhlükəli olduğunu bilirsinizmi?

Sfera.az medicina.az-a istinadən bildirir ki, qoz alarkən seçdiyimiz məhsulun rəsmi yoxlamalardan keçdiyini, harada və kim tərəfindən istehsal olunduğunu, tövsiyə olunan istehlak tarixini bilməyimiz vacibdir.

Ən böyük zərər AFLATOKSiNDİR!

Açıq şəraitdə satılan məhsulların ciddi mikrobioloji risklərinə diqqət çəkən alimlər bildirib ki, bu zaman məhsulların üzərində hər cürə mikrob və küf toplanır. Çərəzlər üzərində çoxalan bu kiflərdən ən zərərlisi isə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xərçəngə səbəb olan maddələr siyahısında bir nömrəli kanserogen maddə kimi göstərilən aflatoksindir.

 

Aflotoksin uyğun şəraitdə qurulmayan və mühafizə edilməyən, açıq şəraitdə saxlanan çərəzlər, ədviyyat və quru meyvələrin üzərində gözlə görülə bilməyən kiflənmə nəticəsində ortaya çıxan maddədir. BU kimyəvi maddə son dərəcə zəhərlidir.

Buna görə mütəxəssislər aldığınız çərəzlərə mütləq şəkildə diqqət etməyinizi tövsiyə edir. Belə ki, çərəzlərin təzə olduğun əmin olduqdan sonra almaq lazımdır. Gigiyena baxımından maksimum təmiz olan məhsulları istifadə etmək gərəkdir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...