\"Açıq-saçıq videolara görə çox pul alıram, sərf edir\" - VİDEO

\

Bir neçə gün öncə "Miss Azərbaycan-2019” gözəllik müsabiqəsində qalib gələn model Səmra Hüseynova açıq-saçıq foto və videolarınagörətənqid obyektinə çevrilib.

ModelOxu.Az-a açıqlamasında açıq foto-videolarçəkdirməsinin səbəbini və bunu hansı qonorar qarşılığında etdiyini açıqlayıb.

Səmra deyib ki, bu foto və videolarıqonorar qarşılığında çəkdirir:

"Açıq-saçıq kontentli materiallara görəmən öncə verilən qonorarın məbləğinə baxıram. Açıq geyimdəfoto-video çəkilişinə bir qiymətə gedirəm, bağlı geyimdəbaşqa qiymətə”.

 


 

Model çəkilişlər qarşılığında 2000 manata kimi qonorar aldığını deyib:

"1000-2000 manat arasında qonorar alıram. Açıq-saçıq geyimdə çəkilişlərə görə mənəverilən məbləğ yüksəkdir, sərf edir, mən də ona görə çəkilirəm”.

S.Hüseynova açıq geyiminə görə onu tənqid edənləri də cavabsız qoymayıb:

"Problem insanlardır. Onlar öz gözlərini tərbiyə etsələr, açıq-saçıqlığa deyil, gözəlliyə baxarlar. Hər şey ilk növbədə bizim özümüzdən asılıdır. Sənət, insanlıq, hörmət və baxış bucağı bizim özümüzdən aslıdır”.

"Miss Azərbaycan-2019” qalibi model Səmra Hüseynova ilə geniş müsahibəni tezliklə saytımızda oxuya bilərsiniz.

 



 


OXŞAR XƏBƏRLƏR