Açıq-saçıq görüntüləri ilə gündəmə gələn ifaçı bu dəfə samanlıqda - Video

Açıq-saçıq görüntüləri ilə gündəmə gələn ifaçı bu dəfə samanlıqda - Video
 Aktrisa-müğənni Çimnaz Sultanova yeni "Olmaz-olmaz” adlı mahnısına çəkilən klipini təqdim edib.    

Sfera.az yeni sabaha-a istinadla xəbər verir ki, mahnının söz və musiqisi Miro İsgəndərova, aranjimanı isə Müşviq Ağayeva məxsusdur. Ekran işinin rejissorluğunu Nail Naiboğlu edib. Çəkilişləri yay ayında baş tutan klip, Astarada lentə alınıb. Bu müğənni və rejissorun sayca birgə olan ikinci işləridir.

Çimnaz açıqlamasında bildirib ki, o klipdə təbiətin dörd ünsürü olan, od, su, torpaq və yeli bir qadın olaraq təcəssüm edib:

"Qadının gözəlliyi - möhtəşəm bir qüdrətdir, gülümsəmək isə onun qılıncıdır. Qadın gözəlliyi təbiətin harmoniyasını tamamlayan, zəif və eyni zamanda qüvvətli, gözəlliyi ilə ruhuna dinclik və rahatlıq gətirən mələkdir. O mələkdir ki, hansı ki biz uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir... Qadın cəmiyyətin yaradıcısı, yaşadanı və tərbiyyə edicisidir. Analıq isə qadının gözəlliyini tamamlayır. Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar görünə bilməz".


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...