Abşeronda quldurluq və soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO

Abşeronda quldurluq və soyğunçuluq edən şəxslər saxlanıldı - VİDEO
Abşeron rayonu Xırdalan şəhərində vətəndaş Samir Quliyevə qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib, "Mersedes” markalı avtomobilini və bir ədəd mobil telefonunu əlindən alıblar.

Vətəndaş hadisə barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə Xırdalan şəhəri ərazisində Namiq Mikayılzadə və qardaşı Rəhimə qarşı zor tətbiq edərək, üzərlərində olan bıçaqla onları hədələyib 180 manat pulunu alan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən Ülvi Əliyev, Nahid Musayev, əvvəllər məhkum olunmuş Ənvər Hüseynov, Miribrahim Əliyev, Xəyal Əlilli və Rəhman Mehtiyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər zərərçəkən qardaşların olduğu avtomobilin qarşısını kəsərək onlara fiziki zor tətbiq edib pulları quldurluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Bu şəxslərin Abşeron rayonu, eləcə də, paytaxt  ərazisində digər cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...