\"ABŞ sanksiyalarına qarşı cavab tədbirləri görüləcək\"

\
Rusiya ABŞ sanksiyalarına qarşı cavab tədbirləri görəcək.
 
ONA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
 
 
"Təbii ki, Rusiya vətəndaşlarına qarşı tətbiq olunan bu sanksiyalar cavabsız qalmayacaq. ABŞ rəsmiləri qarşıdurma yaradacaq davranışların yaxşı nəticə verməyəcəyini bilməlidir", nazirliyin bəyanatında vurğulanıb.
 
Nazirlik qeyd edib ki, Vaşinqtonun bu addımı ABŞ dövlət katibi Maykl Pompeonun Rusiyaya səfərindən sonra meydana çıxan müsbət dinamikanı azaldır.
 
 "ABŞ dövlət katibinin Rusiyaya səfərindən iki gün sonra, Vaşinqton belə bir ədavətli addım atdı. Bu addımlar müzakirələrin yaratdığı müsbət mühitə təsir etmək və Rusiyaya qarşı antipatiyanı göstərmək üçün edilən cəhd təsiri bağışlayır. Bu cür addımlar yanlışdır və ikitərəfli əlaqələrin normallaşmasını mümkünsüz edir", - nazirlik bildirib.
 
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Çeçenistanın "Terek" operativ reaksiya xüsusi qrupunu, onun komandiri Əbuzeyd Vismuradovu, eləcə də digər 4 şəxsi - Gennadi Karlov, Sergey Kossiyev, Ruslan Geremeyev və Yelena Trikulyanı "Qlobal Maqnitski Aktı" sanksiya siyahısına daxil edib.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...