\"ABŞ-ın nüvə anlaşmasına qayıtmasını istəyirik\" - İran
15:04 / 18.10.2021
656
"Biz ABŞ-ın qeyd-şərtsiz nüvə anlaşmasına qayıtmasını istəyirik".
Sfera.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
"İrana qarşı sanksiyalar da ləğv edilməlidir. ABŞ-a heç zaman şərt qoymamışıq, çünki ABŞ nüvə anlaşmasının bir tərəfidir. Əsas məqsəd bütün sanksiyaların ləğv ediləcəyinə dair inam yaratmaqdır", - deyə Xətibzadə bildirib.
Turan Rzayev
Sfera.az