ABŞ Heritage Fondu müharibə ilə bağlı bəyanat yaydı - Trump Administrasiyası nə düşünür?

ABŞ Heritage Fondu müharibə ilə bağlı bəyanat yaydı - Trump Administrasiyası nə düşünür?
ABŞ Heritage Fondunun Beynəlxalq Əlaqələr üzrə direktoru Luke Coffey öz tvitter hesabında cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb.

O bildirib ki, "Erməni silahlı qüvvələri və onların dəstəklədiyi silahlı qruplar Azərbaycanın 20% torpaqlarını - Dağlıq Qarabağ və bundan əlavə olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanı işğalda saxlayır.

Görünən budur ki, bu vəziyyət artıq dəyişəcək."

Məlumat üçün bildirək ki, hal-hazırda Heritage Fondu dünyanın ən nüfuzlu düşüncə mərkəzidir. Bu fond Tramp Administrasiyası üzərində böyük nüfuza malikdir və verdiyi təkliflərin 80 faizi indiki ABŞ höküməti tərəfindən gerçəkləşdirilib.
 
Orxan
Sfeta.az


OXŞAR XƏBƏRLƏR