Abituriyentləri belə aldadırlar - DİM xəbərdarlıq etdi

Abituriyentləri belə aldadırlar - DİM xəbərdarlıq etdi
Son günlər yenidən "Facebook” və "Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.

Belə səhifə idarəçiləri müəyyən ödəniş müqabilində istifadəçilərə müxtəlif xidmətlər təklif edirlər, öz əlaqə nömrələrini vətəndaşlara verirlər. Bundan sonra zəng edən vətəndaşların "şəxsi kabinet”lərinin parolunu əldə edir və onu dəyişirlər. Daha sonra isə həmin vətəndaşlarla əlaqə saxlayıb "şəxsi kabinet”in yeni parolunu vermək üçün müəyyən ödəniş tələb edirlər.

Bundan əlavə, bu tip şəxslər sosial şəbəkələrdə imtahanlarda iştirak etmək istəyənlərə yazırlar və ödəniş müqabilində qeydiyyatdan keçirməyi təklif edirlər. Lakin heç bir qeydiyyat etmirlər və bu abituriyentlər qeydiyyatdan keçmədiyi üçün imtahanda iştirak edə bilmirlər.

Belə səhifə, qrup və şəxslər istifadəçiləri aldatmaq üçün öz səhifələrinin "profil” şəkli və "cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə edir, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. Qaydaları dəqiq bilmədikləri üçün istifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.

Sosial şəbəkə istifadəçilərinə daha da diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta səhifə və qruplara üzv olmamağı tövsiyə edirik. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinə məxsus yalnız aşağıdakı səhifələr fəaliyyət göstərir:


 

 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...