Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ...

Abid Şərifovun şirkəti işçi haqqı yeyir - NARAZILIQ...
 017-ci ildə açılışı rəsmiləşən Pirallahı körpüsündə Sahib Zeynalov əlillik dərəcəsi alıb. Körpünün tikintisində elektrik qaynaqçı olaraq çalışan Zeynalov 2015-ci ildə iş zamanı aldığı xəsarətlərdən ikinci qrup əlil olub.

Sfera.az dia.az-a istinadən bildirir ki, körpünü tikən Baş nazirin sabiq müavini Abid Şərifova məxsus "EVRASCON” Açıq Səhmdar Cəmiyyəti 2017-ci ilin mayında Sahib Zeynalova maddi yardım təklifi edərək şikayətini geri götürməsi üçün dilə tutub. Görüş Pirallahı rayon İcra Hakimiyyətində keçirilib.

Pirallah rayon Məhkəməsi hadisədə briqada rəhbəri Əşrəf Ağayevi təqsirkar bilərək ona iki il həbs cəzası verib. Bu ilin fevralında Yasamal rayon Məhkəməsi qərar çıxarıb ki, Sahib Zeynalovun sağlamlığının pozulması nəticəsində itirilmiş qazancın əvəzi olaraq şirkət ona 2017-ci ilin avqustdan hesablanmaqla hər ay 688 manat ödəməlidir. Şirkət bu qərarla razılaşmayıb, apellyasiya şikayəti verib. Məhkəmə işə iyunun 9-da baxacaq.

Zərərçəkən ümid edir ki, Apellyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayar. Ona aylıq 688 manat ödənər.

Azərbaycanda 2019-cu ilin birinci rübündə istehsalatla əlaqəli 42 hadisə baş verib. Bu hadisələr nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...