ABB mobile-da “Fayda” var!

ABB mobile-da “Fayda” var!

ABB özünün yeni loyallıq proqramını təqdim edib. ABB mobile tətbiqinin müştərilərə özəl bölməsində yerləşdirilmiş "Fayda” proqramından tətbiqin hər bir istifadəçisi yararlana bilər. Ödənişlərini ABB mobile tətbiqi ilə edən müştərilər "Fayda”lar toplayırlar. Toplanmış "Fayda”larla bəzi bank məhsulları, endirim kuponları və müxtəlif hədiyyələr qazanmaq olar.

 

Hər bir müştəri ABB mobile tətbiqində ilk dəfə qeydiyyatdan keçərkən ilkin olaraq 2000 xoşgəldin "Fayda”sı qazanacaq. Topladığı "Fayda”ları balansında dərhal görə biləcək. Ondan sonra ABB mobile ilə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni "Fayda”lar qazandıracaq. Gələcəkdə mobil tətbiq istifadəçiləri daha çox üsullarla "Fayda”lar qazana və onları xərcləyə biləcəklər.

 

Toplanmış "Fayda”lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin "Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Vaxtı bitmiş "Fayda”lar etibarsız sayılır və bərpa olunmur. Bank "Fayda”lardan vaxtında yararlanmaq üçün müştərilərə xüsusi təkliflər təqdim edir.

ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 


OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...