9-cu sinif şagirdi koronavirusdan öldü, valideynlər təşvişə düşdü - Azərbaycanda məktəblər yenidən bağlanır?

9-cu sinif şagirdi koronavirusdan öldü, valideynlər təşvişə düşdü - Azərbaycanda məktəblər yenidən bağlanır?
"Deyirlər ki, məktəblər açılmasaydı, bu hal olmazdı”.
 
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əsgərov Kamil İslam oğlunun  koronavirusa yoluxaraq vəfat etməsindən danışarkən deyib. Onun sözlərinə görə, hazırda bir çoxları hadisəyə görə məktəbi, təhsili günahlandırır:
 
"Hər kəs arqumentində haqlıdır. Amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir. Ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma biz günahkar olaraq məkətəbi görürük. Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Harda olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik”.
 
Ekspert hadisədən sonra, məktəblərin bağlanması ilə bağlı edilən çağırışlardan da söz açıb:
 
"Əgər bu ediləcəksə, yenə də nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik və ya ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq etmək, bütün sahələri bağlamaq lazımdır”.

Günay Rəsulqızı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...