60 milyard manat və 10 il... – Qarabağın bərpası uzun vaxt və pul tələb edir

60 milyard manat və 10 il... – Qarabağın bərpası uzun vaxt və pul tələb edir

"Bərpa prosesinə 20-60 milyard manat vəsait lazım olacaq”.


Bu sözləri Sfera.az-a açıqlamasında azad edilmiş ərazilərimizin bərpası üçün nə qədər vəsaitə ehtiyacın olacağı sualını cavablandırarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"İşğaldan azad edilıən ərazilərdə ilk növbədə ilkin tədqiqat işləri aparılmalıdır. Digər tərəfdən, hökumətin bərpa planının nədən ibarət olduğunu da hələlik bilmirik.Ərazilərin bərpası ilə bağlı müxtəlif yanaşmalar var. Şəhərlərin bərpası ilə yanaşı, kiçik kəndlərin böyük qəsəbələr şəklində birləşdirilməsi ideyası da mövcuddur. Aqrar sahənin inkişaf etdirilməsi mümkün olan ərazilərdə böyük qəsəbələr salınmalı, böyük təsərrüfatlar yaradılmalıdır”.

 

Həmsöhbətimiz bildirdi ki, bunun üçün ilk növbədə bərpa konsepsiyası olmalıdır:

 

"Daha sonr onun qiymətləndirilməsinin aparılması üçün ilkin hesablamalar aparmaq olar. İlkin olaraq, işğaldan azad edilən ərazilərimizin bərpasına 20-60 milyard manat arası vəsaitin sərf edilə biləcəyini söyləmək olar. Amma 100 milyard manatdan çox olmayacaq. Öncə kommunikasiya xətləri qurulmalı, paralel olaraq təhlükəsizlik təmin edilməlidir. İşğaldan azad edilən sərhədlərin uzunluğu 600 km-dan çoxdur.

 

Bu ərazilər də bərpa olunmalıdır ki, ona 100 milyonlarla manat vəsait lazım olacaq. Minalardan təmizlənmə və müharibənin izlərinin silinməsi də bahalı prosesdir, 100 milyonlarla manata başa gələcək. İşğaldan azad edilən şəhərləri tək bərpa etmək azdır. Məsələyə kompleks yanaşmalıyıq. İnfrastrukturun yaranmasına da xüsusi diqqət yetirilməlidir”.


Ekspert hesab edir ki, bərpa işlərinin tam yekunlaşmasına 10 il lazım olacaq.


Elçin

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olundu - FOTO

Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliyanın turizm na...

Oğuzhan Koç pulunu hara yatırdığını AÇIQLADI: "Ən məntiqlisi budur..."

Türkiyəli müğənni Oğuzhan Koç qazancını necə istifadə etdiyini açıqlayıb.   Sfera.az bildirir ki, ifaçı bu barədə jurnalistlərin suallarını cavablan...

"Real" klubu Luka Modriçə əvəzləyici tapıb

İspaniya təmsilçisi "Real" (Madrid) cari mövsümün sonu komandanı tərk edəcək Luka Modriçə əvəzləyici tapıb.   Sfera.az xəbər verir ki, &quo...

Merkel Trampın bu qərarından NARAHATDIR: “Dünyaya meydan oxuyur”

Almaniyanın keçmiş kansleri Angela Merkelin Trampın addımlarından narahat olduğu bəlli olub.   Sfera.az bildirir ki, bu barədə Merkel “Der Spie...

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar-oktyabr ayları ərzində 31 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. &n...

Xameneinin səhhəti və yaşı NARAHATLIQ YARADIR: Onun varisi kim olacaq?

İranın Ali Lideri Ayətullah Əli Xameneinin səhhəti zaman-zaman müzakirə obyekti olub. Son günlər də bildirilir ki, dini liderin yaşının çoxluğu səbəbi ilə ciddi...