6 ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb

6 ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb

Bu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37 milyard 825,2 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olub.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9 faizini təşkil edib.

Hesabat dövründə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artıb, tikintidə isə 11,2 faiz azalıb.

İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...