40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazi - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazi - VİDEO
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də 26 yaşlı Taleh Əliyevdir. O, Vətən müharibəsinin ilk günündən ehtiyatda olan kəşfiyyatçı-əsgər kimi ordu sıralarına qatılıb, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Hərbçimizin sonuncu döyüşü isə Qırmızı bazar ətrafında olub. Üzündən aldığı qəlpə yarası Şuşa uğrunda döyüşmək arzusuna mane olsa da, Taleh cəbhə yoldaşlarının qazi və şəhidlərimizin qisasını layiqincə aldıqlarına əmindir.

Taleh Əliyev düşmənlə bir neçə dəfə üzbəüz gəldiklərini deyir:

"Bizim 4-5 əsgərimizin qabağında onların 30-40 əsgəri dayana bilmirdi. Üstlərinə hücum edəndə öz yoldaşlarını, hərbi hissələrini qoyub qaçırdılar. Biz həmin anlarda özümüzlə fəxr edirdik. İşğal olunan ərazilərimiz azad olunduqca qürur duyurduq. Döyüşə girərkən hər bir əsgərimizin gözündə vətənpərvərlik, döyüşmək hissi var idi. Bu, bizə ruh verirdi”.

Qazimiz deyir ki, döyüş yoldaşları ilə bərabər Qarğabazarı yaxınlığında mühasirədə qalıblar. Say baxımından düşməndən xeyli az-12-13 nəfər olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstəriblər. Hər biri şəhid olmağı gözə alsa da, sonda onları digər döyüş yoldaşları mühasirədən xilas edə bilib.

Sonuncu döyüş qazimiz üçün keçirdiyi ən ağır döyüşlərdən biri olub. Müharibədən qazandığı dostların bir neçəsini elə döyüş meydanında da itirib. Taleh cəbhə yoldaşlarına da "qardaş” deyə müraciət edir:

"Sonuncu dəfə oktyabrın 25-dən 26-na keçən gecə Füzulidən Şuşa istiqamətinə gedən yolda, Qırmızı bazar yaxınlığında ağır döyüş oldu. Biz artilleriya hücumuna məruz qalmışdıq. Məni döyüşçü qardaşım Gülverdi yuxudan oyatdı, özü isə avtomatını götürməyə getdi. Bu vaxt yaxınlıqda mina partladı. Ərazimizə bir dəqiqə ərzində 15-ə yaxın mina düşdü. Gülverdinin yerə uzandığını gördüm, artıq bədəninin bir hissəsi yox idi, şəhid olmuşdu. Ən axırıncı etdiyi məni yuxudan oyatmaq oldu, həyatda qalmağı ona borcluyam. O döyüşdən çıxanda bir neçə yaralımız var idi. Mən özüm yaralananda artıq ora üçüncü dəfə yaralımızı çıxarmaq üçün qayıdırdım.

Özümə təcili yardım maşınında gəldim. Fikirləşməyə başlayanda ilk düşündüyüm döyüş yoldaşlarım - Asif, Toğrul, Gülverdi oldu. İstədim yanımdakılardan onları soruşum, amma aldığım zərbədən ağzımı açıb soruşa bilmirdim”.

Qazimizin atası Zaur Əliyev deyir ki, onlar əslən Ağdam rayonundan olsalar da, Taleh heç vaxt Ağdamı görməyib, rayonun işğalından sonra doğulub. O, oğlunun cəbhəyə aparılması xəbərini eşidəndə həyəcan keçirsə də, ürəyi qürur hissi ilə dolub:

"Sevindim ki, bizim ailədən, bizim nəsildən də vətən uğrunda döyüşən var. Fəxr etdim ki, artıq vaxt gəlib, oğlum atasının torpağını azad edəcək. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin. Mən də gözə almışdım ki, oğlum şəhid ola bilər. Qismət belə gətirib ki, o salamat gəldi çıxdı”.

Qəhrəmanımızın Birinci Qarabağ müharibəsinin qazisi olan əmisi Mais Əliyev də bu qələbənin sevincini yaşayır. O deyir ki, qazi olmaq həm şərəfdir, həm də çətindir:

"Mən özüm də müharibədə iştirak etmişəm. Fred Asifi, Allahverdi Bağırovu və digər qəhrəman döyüşçülərimizi görmüşəm. Fəxr edirəm ki, bu günləri gördük.

Taleh doğulanda sevincimizin həddi-hüdudu yox idi. Çünki düşünürdük ki, oğul dünyaya gəlib, vətəni qoruyacaq. Fəxr edirəm ki, Taleh bizim başımızı uca tutdu. Allah qoysa, sizi Talehin toyuna da çağıracağam. Onun toyunu Ağdamdakı evlərində edəcəyik”.Qafqazinfo

 

OXŞAR XƏBƏRLƏR

“Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVAB

"Geniş izah verdim, bəzi dostlar oxumadan yenə sual verdilər, "Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi...

Yoluxma vəziyyəti çox gərgindir - Bizi sərt karantin gözləyir?

Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır. ...

“SMS icazə” ilə bağlı daha bir AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa...

Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq

"İşğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonl...

Nazir Ramiz Zeynalovu yola saldı – TƏQAÜDƏ GÖNDƏRİLDİ

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub. "Sfera.az-ın xəbərinə görə, ...

Sərt karantin rejimi tətbiq edilməsə... - Açıqlama

Dekabrın 1-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yan...