3D çaplı peyvənd hazırlanıb - \"Daha çox qoruyacaq...\"

3D çaplı peyvənd hazırlanıb - \
ABŞ-da Stenford və Şimali Karolina Universitetinin alimləri iynələrə ehtiyacı aradan qaldıran 3D çaplı peyvənd hazırlayıblar.

Sfera.az xəbər verir ki,  Şimali Karolina Universitetindən verilən açıqlamada, iki universitetin alimlərinin birgə işi ilə əldə edilən 3D çaplı peyvəndin insanların həkimə müraciət etmədən istifadə edə biləcəyi və bu peyvəndlərin xüsusi saxlama şəraiti tələb etmədiyi qeyd olunub.
 
Stenford Universitetinin professoru Cozef M. DeSimone : "Biz bu texnologiyanı inkişaf etdirdikcə, vaksinlərin daha az dozada, ağrısız  şəkildə daha sürətli tətbiq ediləcəyini hədəfləyirik", - deyə bildirib.
 
3D texnikası ilə sarğıya bənzəyən nazik yamaq üzərinə çap oluna bilən peyvəndin yamaqdakı mikro iynələr sayəsində dəri altına keçə biləcəyi,  və şprisə ehtiyac olmadığı diqqətə çatdırılıb.

Bundan əlavə, 3D texnikası ilə tətbiq edilən peyvəndin ənənəvi iynə ilə vurulan peyvənddən daha çox qorunma təmin edə biləcəyini izah edən elm adamları, qrip, qızılca, hepatit və hətta koronavirus üçün mikro iynə peyvəndlərin istifadə eilə biləcəyini söyləyib.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR