35 mindən artıq əhaliyə ŞAD XƏBƏR - Prezidentdən SƏRƏNCAM

35 mindən artıq əhaliyə ŞAD XƏBƏR - Prezidentdən SƏRƏNCAM
 

Prezident İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncama əsasən, Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,05 milyon (bir milyon əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


OXŞAR XƏBƏRLƏR

Paşinyan Riçard Verman ilə GÖRÜŞDÜ

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.   Sfera.az Armenpress-ə istinadən xəbər verir ki, görü...

Türkiyədə zavodda yanğın BAŞLADI

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.   Sfera.az “TRT Haber&rd...

“iPhone” sayəsində ərinin xəyanətini öyrəndi - Kişi “Apple”ı MƏHKƏMƏYƏ VERDİ

Britaniyada qadın ərinin xəyanətini “iPhone” sayəsində öyrənib.   Sfera.az xəbər verir ki, bir iş adamının seks işçilərinə göndərdi...

"Sevgi düşkünüdür, həmişə kişiyə ehtiyac duyur..." - Lopez və Afflekin ayrılıq səbəbi AÇIQLANDI

"Hollivud ulduzları Cennifer Lopez və Ben Afflek açıq şəkildə boşanmağa hazırlaşır. Cütlüyün ayrılmasının başlıca səbəblərindən biri müğənninin sevgi asılı...

Məşhur aktyor xərçəngə TUTULDU: Xəstəxanadadır - FOTO

Əsl adı Uilyam Omar Landron Rivera olan 46 yaşlı Puerto-Rikolu reper və aktyor Don Omar xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.    Sfera.az b...

Hind "Nostradamus"dan İDDİA: III Dünya müharibəsi bu TARİXDƏ BAŞLAYACAQ

Hindistanlı "Nostradamus" Kuşal Kumar Üçüncü Dünya müharibəsinin başlamasına sayılı günlər qaldığını iddia edib.   Sfera.az bildirir k...