"Dəfələrlə bildirmişəm ki, belə qalibiyyətlər ölkəmizdə futbolu sevindirmək üçün böyük təkan verir. Futbolçularıma təşəkkür edirəm ki, belə mübariz oyun göstərdilər".
Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının 1-ci turunda "Benfika" üzərində qazanılan qələbə (3:2) barədə danışarkən deyib. O, Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələrinə açıqlamasında qələbəni bu sözlərlə şərh edib:
"Oyunun ilk dəqiqələrində bir az stres oldu. Amma get-gedə oyunu ələ ala bildik. Futbolçularımıza çatdırmışdım ki, istəyimizdən geri dönməməliyik. Bəzən rəqib buna mane olurdu. Oyunun gedişatında futbolçularda inam çoxaldı. Bu çox vacib idi. Əlbəttə ki, belə oyunlarda səhvlər çox olmamalı idi. Amma yenə də oldu.
Bu oyundan sonra böyük klublar bizə çox ciddi yanaşacaqlar. Bizim üçün problemlər yaratmağa çalışacaqlar".