24 tibb işçisi koronavirusa yoluxdu - Türkiyədə
Dünya
10:50 / 25.03.2020
5218
Türkiyədə 24 tibb işçisinin koronavirusa yoluxduğu məlum olub.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, onların hamısı İstanbul şəhərindəki tibb müəssisələrində fəaliyyət göstəriblər.
Tibb işçilərinin 24-nün də vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.
Xatırladaq ki, koronavirus Türkiyədə 44 nəfərin ölümünə səbəb olub.