2022-ci ildə bizi daha böyük BAHALAŞMA gözləyir - SƏBƏB

2022-ci ildə bizi daha böyük BAHALAŞMA gözləyir - SƏBƏB
2021-ci ildə bütün dünyada yüksək qiymət artımları müşahidə edilir. Ərzaq və qeyri-ərzaq mallarının əksəriyyətinin qiymət artımları elə bir səviyyəyə çatıb ki, artıq bütün hökumətlər bundan narahat olmağa başlayıb. 

Qiymət artımlarına təsir edən əsas faktorlar enerji daşıyıcılarının və bəzi əsas əmtəələrdə təklifin az olmasıdır. Müxtəlif amillərin təsiri ilə ərzaq qiymətləri 33 faiz, metalların əksəriyyəti isə 20 faizdən çox dəyər qazanıb. 

Sfera.az BMT ekspertlərinin açıqlamalarına istinadən bildirir ki, yüksək qiymət artımlarının 2022-ci ilin birinci yarısında da davam etməsi realdır. Proqnozlara əsasən, əgər enerji qiymətlərində artım davam edərsə və qlobal miqyasda tələb bir qədər də güclənərsə, yüksək qiymət artımları daha bir neçə ay davam edəcək. 

Əmtəə bazarlarında baş verən qiymət dəyişiklikləri göstərir ki, son bir ilin müqayisəsində qiymətli metallar istisna olmaqla, bütün əsas məhsullar bahalaşıb. Bahalaşma sürəti həmin məhsullarda orta hesabla 40 faizi ötür. 

Son bir ildə enerji məhsullarının qiyməti xeyli artıb. Mazut (107 faiz və ya 2,07 dəfə), qazoyl (105 faiz, yaxud 2,05 dəfə), təbii qaz (104 faiz və ya 2,04 dəfə), benzin (97 faiz), neft (96 faiz) kəskin şəkildə bahalaşıb. 

Əlvan metallardan qalay 98 faiz, alüminium 62 faiz, mis 39 faiz, sink 30 faiz, nikel 26 faiz, qurğuşun 22 faiz dəyər qazanıb.  

Ərzaqlardan son bir ildə soya yağı 80 faiz, kofe 80 faiz, pambıq 63 faiz, şəkər 43 faiz, qarğıdalı 34 faiz bahalaşıb. 

Son bir aya diqqət yetirdikdə qiymət artımlarının davam etdiyi, xüsusən də enerji qiymətlərinin nəzərəçarpacaq dərəcədə bahalaşması müşahidə edilir. Əmtəələrdəki mövcud bahalaşma inflyasiya gözləntilərini də artırdığından ekspertlər böyük qiymət artımlarının 2022-ci ilin ilk yarısında da görünəcəyini proqnozlaşdırır. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...