Peyvənd olunanların sayı AÇIQLANDI
14:45 / 15.10.2021
774
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.