Bakıda mənzildən kişi meyiti tapıldı
23:25 / 18.09.2021
2074
Bakının Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə cəlb olunan Xüsusi Riskli
Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1963-cü il təvəllüdlü Pavloviç Valeri İvanoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.