Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
2021-ci ilin iyul ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Sfera.az bildirir ki, cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin qiymətində qeydə alınıb.

Ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
(trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2021-ci ilin iyul ayında Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. Sfera.az bildirir ki, cari ilin iyul ayında əvvəlki aya nisbə...

Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət

"İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Göm...

Azərbaycanda dolların qiyməti artacaqmı? - Proqnoz

  Xəbər verdiyimiz kimi, bu gündən Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb. 1 ABŞ dolları 2,9096 lari olub. Bu vaxta qədər olan məzənnə ilə müqayisədə ba...

ƏHALİYƏ ŞAD XƏBƏR- Bu tarixədək pensiyaya çıxanlara 25 il staj hədiyyə ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Bu dəyişiklik 2006-cı ilədək pensiyaya...

Dollar krediti olanlara - ŞAD XƏBƏR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tə...

Kompensasiyaların miqdarı artırıldı - Hökumətdən VACİB QƏRAR

Nazirlər Kabineti "Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ail...