Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?

Həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:

* #21#

Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz.

Xaricilərin təcrübəsinə dayanaraq demək olar ki, məlumat yönləndirilməsi ən çox uşaqlarını spam və fırıldaqçılıqdan qorumaq istəyən valideynlər və qısqanc sevgililər tərəfindən istifadə olunur.

* #62#

Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.

P.S.: Smatfonun şəbəkəyə bağlı olduğu halda bəzən zəng qəbul edə bilmirsə (zəng çatmırsa), məlumatlarınızın mobil operatorunuzun nömrələrindən birinə yönləndirilmə ehtimalı var.

Qorxdunuz? - Sakit olun, çarəsi var...

* #002#

Bu koddan istifadə edərək telefonunuzda istənilən yönləndirmə formasını deaktiv etmiş olursunuz.

Həm də bu koddan rouminqə daxil olmadan əvvəl istifadə edə bilərsiniz. O zaman, avtomatik səs poçtuna göndərilən zənglər üçün mobil operator tərəfindən vəsait tələb olunmayacaq.

*#06#

Bu kodu istifadə edərək İMEİ-nizi (mobil avadanlıq üçün beynəlxalq identifikator) öyrənmiş olursunuz. Bu nömrəni bilməklə, oğurluq halında smartfonunuzu tapa bilərsiniz. Telefon qoşulduğu zaman, SİM kartın olub-olmamasından asılı olmayaraq, geolokasiya mobil operatora göndərilir. Qeyd edək ki, İMEİ kodunuzu başqa biri bilirsə, cihazınızın modelini və xüsusiyyətlərini asan şəkildə öyrənə bilər./ted.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...