No Image
No Image

Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK

Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək CƏRİMƏLƏNƏCƏK
Ailə qurduqdan sonra Türkiyədə yaşayan bəzi azərbaycanlıları narahat edən bir məsələ var. Evlilik səbəbi ilə Türkiyə pasportu alan bu şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı?

Bununla baglı Azərbaycanda müvafiq qanun qəbul edilsə də, xaricdəki səfirlik və konsulluqlarımız oradakı soydaşlarımızı tam bilgiləndirmir. 

Sfera.az xəbər verir ki, modern.az mövzuyla bağlı kiçik bir araşdırma aparıb. Türkiyədə yaşayan Seda Akgül (adı xanımın istəyinə əsasan şərtidir-red.) bildirir ki, o, Türkiyədə vətəndaşlıq aldıqdan sonra Bakıdakı ailəsinə Agır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin müstəntiqi tərəfindən bildiriş gəlib. Xanım Türkiyə vətəndaşlığını qəbul edib, Azərbaycan hökumətinə bununla bağlı gec xəbər verdiyi üçün 3000-5000 manat arasında cərimə olunacaq. Cərimə ödənməzsə, iş məhkəməyə çıxarılacaq. Məhkəmədən sonra inzibati əsaslarla cəzalandırılacaq. 

Araşdırmalar göstərir ki, qanundan tam xəbərdar olmayan azərbaycanlılara müxtəlif orqanlardan fərqli cavablar verilir. Hətta bu insanların axtarışa veriləcəyi, cərimənin iki qata çıxarılacağı ilə bağlı məlumat alan həmyerlilərimiz nə edəcəklərini tam bilmirlər. 

Millət vəkili Qənirə Paşayeva bu məsələ ilə baglı narahatedici məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə baglı qanunun 10-cu maddəsinin 2-ci hissəsində bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bu yaşadıqları ölkədəki Azərbaycan səfirliyi və konsulluqları, eləcə də Azərbaycanın Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti ola bilər. Bu məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 

Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu məsələ ilə bağlı araşdırmanı Daxili İşlər Nazirliyi aparır. Vətəndaşlara göndərilən bildirişlərdə 3000-5000 manat cərimənin nəzərdə tutulduğu doğrudur. Əgər bu məbləğ ödənməzsə, iş məhkəməyə çıxarılır və məlumatı verməyən şəxs inzibati qaydada cəzalandırılır. Məsələn, cərimə olunan şəxs işlə təmin edilir və ayıq əmək haqqı cərimə olaraq ödənir. Həmin iş şəxsin vətəndaşlıq aldıgı ölkədə deyil, Azərbaycanda verilir. Eyni zamanda verilən işi dövlət strukturu müəyyənləşdirir. 

Milli Məclisin Hüquq siyasəti və dövlıt quruculuğu komitəsinin sədri Əli Hüseynli da deyir ki, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız vətəndaşlığı dəyişildiyi zaman bununla bağlı rəsmi məlumat verməlidir. 

Azərbaycan Konstitusiyasına vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi aydın şəkildə göstərilmədiyindən bəziləri bu məsələdə çaşqınlıq yaşayır. Onların qənatinə görə, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedirsə, problemə necə yanaşılamaldır?

Əli Hüseyinli deyir ki, əlavə və dəyişiklikliklər vətəndaşlıgın itirilməsi mexanizmini tənzimləyir. 

Deputatın sözlərinə görə, qanunun geriyə qüvvəsi yoxdur. Qanunun tətbiqinin aydın mexanizmi yaradılıb. Bu, 2014-cü ilədək xarici ölkələrin vətəndaşlığını almış şəxslərə şamil edilmir.

"Qanunun 10-cu maddəsinin 1-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində qeyd olunub ki, qanunun geriyə qüvvəsi yoxdur və qanun qüvvəyə minənə qədər ( 2014-cü il) xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına şamil olunmur”.

 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xərçəngə və 2 dəfə koronavirusa qalib gələn 104 yaşlı qadın – FOTO

Kolumbiyada 2 dəfə koronavirusu məğlub edən 104 yaşlı Karmen Hernandez xəstəxanadan təxliyyə edilib.   Sfera.az xəbər verir ki, o, 21 gün qaldığı...

Şuşanın girişindən yeni görüntülər yayıldı - VİDEO

Şuşanın Xankəndi istiqamətindən girişinə daha bir "Şuşa" yazısı quraşdırılıb. Sfera.az xəbər verir ki, yeni quraşdırılan tablo işıqla təmin edilib. ...

"İtirilmiş qızıl şəhər" tapıldı - FOTOLAR

Misirdə 3 min illik itmiş şəhər tapılıb.   Sfera.az xəbər verir ki, Misir araşdırmaları üzrə professor Betsi Bryan Misirdə yeni tapılan qədim şəhəri firo...

İnsanı kasıb edən SƏBƏBLƏR

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil, insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf...

18 min dollarlıq iftar süfrəsi - FOTO

Dubay səmasında 18 min dollara iftar xidməti veriləcək.   Sfera.az xəbər verir ki, BƏƏ-də yerləşən özəl aviasiya şirkəti "Jetex” müştərilərinə Ramazan ay...

Niyə kişilər ağıllı qadınları sevmirlər? MARAQLI FAKTLAR

Kişilər çox vaxt güclü və ağıllı qadınlardan çəkinirlər. Çünki, bunun öhdəsindən gələ bilməyəcəklərini düşünürlər. Niyə kişilər ağıllı qadınları sevmir?  ...