No Image
No Image

İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər

İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər
Yaxın günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.

Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks” diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin Rusiyada üçtərəfli görüşü planlaşdırılır”, - deyə məlumatda qeyd olunub. Bildirilib ki, sammit yeni il tətilindən sonra baş tuta bilər. Ehtimal olunan tarixlərdən biri 11 yanvardır.

Məlumatla bağlı hələ ki, rəsmi təsdiqlənmə yoxdur.

Qeyd edək ki, əgər görüş baş tutarsa, bu, İlham Əliyev və Nikol Paşinyanın Ermənistanın İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətindən sonra ilk görüşü olacaq. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.  ...

Cozef Baydenin andiçməsində Azərbaycanı kim təmsil edəcək?

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimində rəsmi Bakını təmsil edə bilər. ...

“Atəşkəs davamlı olarsa..." - Çavuşoğludan Ermənistana ismarıc

"Dağlıq Qarabağda atəşkəs əldə edilib. Bu, önəmli fürsətdir”.   Sfera.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həm...

"Erməni tərəfi əsirlərin siyahısını vaxtında təqdim etmədi" - Lavrov

"Erməni tərəfi əsirlərin siyahısını vaxtında və tam şəkildə təqdim etməyib. Noyabrın 9-u yekunlaşan hadisələr zamanı əsir düşənlərin dəyişdirilməsi baş tutub”. ...

Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək - FOTOLAR - VİDEO

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilm...

Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın "güllələnmiş heykəllər"i Şuşaya qaytarıldı - FOTOLAR

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarı...