Şabranda "Ford" qəzaya düşdü - Ağır yaralılar var

Şabranda &quot;Ford&quot; qəzaya düşdü - <span style="color:#ff0000">Ağır yaralılar var</span>
Kateqoriya məlum deyil16.08.25, 09:420 👁️
T

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı xəsarət alanlar var.

 

Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

 

"Avqustun 16-sı saat 08:00-da Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə doqquz nəfər (Üçü kişi, altısı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.

 

Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

 

1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslərə zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

 

1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.

PAYLAŞ
Sehliyali
Yüklənir...