2020-ci ildə Ginnesin Rekordları kitabına düşən MARAQLI FAKTLAR

2020-ci ildə Ginnesin Rekordları kitabına düşən MARAQLI FAKTLAR


"Ginnesin Rekordlar Kitabı” dünyanın ən məşhur nəşrlərindən biridir. Hər il onlarla insan (özü də təkcə insanlar deyil) qeyri-adi nailiyyətləri ilə bizi təəccübləndirir.


 

Sfera.az 2020-ci il üçün Ginnesin dünya rekordlarına daxil edilən heyrətamiz insanlar, təbiət guşələri, heyvanlar və hətta robotlar haqqında məlumat verir.

 

 

 

1. Əlil arabasında ən sürətli maneə adlaması


Əlillik ağır dərddir, əlil arabalarından asılı olan insanların əksəriyyəti bununla barışa bilmir. Amma əlilliyin əyləncəli, maraqlı həyata əngəl olmadığını sübut edən həyat dolu, pozitiv insanlar həmişə olub və olacaq. Bu il öz nailiyyəti ilə dünyanı heyran qoyan şəxs Wheelz (təhrif edilmiş ingiliscədə "təkərlər" deməkdir) ayamalı Aaron Fotheringem oldu. ABŞ-da anadan olan gənc əlil arabasında təhlükəli fəndlər etmək üzrə rekord vurdu. Aaronun rekordu 21,3 metrdir!

 
 
 2. Bədənindəki döymələrin sayına görə dünyada hamını ötüb keçən şəxs

Bu titulun sahibi Yeni Zelandiyada dünyaya gələn Laki Daymond Riçdir. Məlum olduğu kimi, yenizelandiyalılar döymə həvəskarıdır (bunun əsas səbəbi yerli aborigenlərin-maorilərin mədəniyyətidir).

Çox guman ki,Lakinin döymələrə olan sevgisi də elə bundan doğub. Onun bütün bədəni müxtəlif rəsmlərlə bəzədilib. Həmin rəsmlərə görə Lakinin dərisi göy rəngə çalır. Qeyd edək ki, bədənini "sənət əsəri”nə çevirən Laki həm də istedadlı jonqlyordur.


 
 3. Dünyada ən iri halqanın fırladdılması
 

Amerikalı Getti Kehayova bu bacarığı ilə peşəkar gimnastları kolgədə qoyur. Qadın uzunluğu 7,1 metr olan halqanı fırlatmağa müyəssər olub! Yeri gəlmişkən, Kehayovlar ailəsi buna qədər də dəfələrlə "Ginnesin Rekordlar Kitabı”na düşüb.

 

  4. Mürəkkəb amfibiya genomu

Alimlər Aksolotl adlı qəşəng amfibiyanın heyrətamiz genomunu deşifrə ediblər. Heyranedici varlıq qeyri-adi regenerasiya qabiliyyətinə görə elm aləmində çoxdan diqqət cəlb edir. Aksolotlu Meksika salamandrası da adlandırırlar. Sevimli məxluq məzəli saç düzümü olan uzaylını xatırladır.

 
 

5. Ayaqla ən sürətli oxçuluq


ABŞ doğumlu Brittani Uolş oxçuluq üzrə dünya rekordu vurub, özü də bunu ayaqlarının köməyi ilə edib! Qızın gözü dağ dəlir, ayaqları isə inanılmaz dərəcədə güclüdür. Ox atdığı zaman heç də ayaqlarından zəif olmayan qolları üzərində dayanan Brittani böyük ustalıqla 12 metrdən artıq məsafədən birbaşa həfdəfi vurur!

 
 
 

6. Ən iri insanabənzər nəqliyyat

 

Yaponiyanın Sakakibara Kikai şirkəti heyranedici robotlaşddırılmış humanoid yaradıb. Nəhəngə MONONOFU adı verilib, yaponcadan tərcümədə bu "döyüşçü samuray” kimi tərcümə olunur. Bədheybətin ayaqüstə hündürlüyü 8,46, uzunluğu 4,27, eni isə 4 metrdir. Голова робота своим дизайном напоминает традиционные японские головные уборы. Robotun başı öz dizaynına görə milli yapon baş örtüklərini xatırladır. Üstəlikgövdəsinin içinə sürücü kabinəsi yerləşddirilib. Belə maşında gəzməyin öz ləzzəti var!


 

7. Bir dəqiqəyə qaldırılan Atlas daşlarının ən böyük çəkisi


Deyirlər, kişilər güclü, qadınlar isə zəif cinsin nümayəndələridir. Atlet xanım Mişel Kinni (ABŞ) bu deyimi alt-üst edib. Onun qaldırdığı daş kürələrinin ümumi çəkisi 539,77 kiloqramdır.


 

8. Ən iri timsahabənzər varlıq


2020-ci ilə aid tizer nəşrinin ən yaddaqalan kadrlarından biri ağırlığı ilə avtomobilləri əzən nəhəng timsahın görüntüləridir. Sözügedən varlıq 110 milyon il bundan əvvəl planetimizdə yaşamış qədim amfibiyanın bədii təsviridir. Alimlər timsahabənzər növə gözəl ad veriblər- İmperator Sarkozux (Sarcosuchus imperator). Arxeoloqlar düşünür ki, bu varlıqların uzunluğu 9 metr, çəkisi isə 2-3 ton arasındda ola bilərdi!

 
 

9. Dünyanın ən iri kosmik stansiyası


Rusiyanın Beynəlxalq Kosmik Stansiyası (BKS) hələ də dünyanın ən iri kosmik stansiyası titulunu qoruyub saxlamaqdadır. BKS-nın 109 metrlik sahəsində çox sayda yüksəktexnologiyalı modullar yerləşdirilib. Sözügeddən stansiya sözün hərfi mənasındabəşər tarixində ən əhəmiyyətli tikililərdən biridir!

 
 

10. İldırımların ən çox müşahidə olunduğu yer

 

Venesueladakı axar-baxarlı Maraykaybo gölü belə bir ad qazanıb. Həmin göl üzərindəki səmada tez-tez şimşək çaxıb ildırım guruldayır. Tədqiqatçıların hesablamalarına görə, ilboyu bu ərazinin bir kvadrat metrinə 250-dən çox ildırım düşür! Maraqlıdır, onlar ildırımları necə sayıblar?

 
 

Selcan

Sfera.az



OXŞAR XƏBƏRLƏR