No Image

“2020-ci il bizim üçün çətin olsa da, yeni müştərilər qazana bilmişik” - MÜSAHİBƏ

“2020-ci il bizim üçün çətin olsa da, yeni müştərilər qazana bilmişik” - MÜSAHİBƏ
 

Koronavirus pandemiyasının başlaması, sərhədlərin bağlanması, bir sıra şirkətlərin, fabrik və zavodların fəaliyyətini dayandırması nəqliyyat və logistika şirkətlərinin də işinə təsirsiz ötüşməyib. Şirkətlər öz işlərini hazırkı vəziyyətə uyğun olaraq, yenidən qurmaq məcburiyyətində qalıblar. Bəzi şirkətlər böhran strategiyası əsasında fəaliyyət qurmağa çalışır, postpandemiya dövrü üçün planlar üzərində işləyirlər. Belə şirkətlərdən biri də Azərbaycanda nəqliyyat və logistika sahəsində tanınan "ScanEX Enterprises Limited”dir. Şirkətin direktoru Kənan Sadıqlı "MediaPost”a müsahibəsində pandemiya dövrünün tələbinə uyğun olaraq, hazırkı fəaliyyət istiqamətlərini dəyərləndirib:  

 

- Pandemiya ilə bağlı məhdudiyyətlər davam edir. Bu, yüklərin çatdırılmasında və digər fəaliyyət istiqamətlərində hansısa çətinliklər yaradırmı?

- Beynəlxalq yükdaşımalar sahəsində əsasən, Avropa ölkələri ilə əməkdaşlıq edirik. Yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasını, sürücülərin seçilməsini Avropadakı partnyor agent şirkətlər həyata keçirirlər. Pandemiyanın Azərbaycanda pik həddə olduğu dövrdə xarici sürücülərin Azərbaycana gəlməklə bağlı qorxuları var idi. Eləcə də, gömrükdə yoxlama məntəqələrində yüklər 10 gün, hətta bəzən 15 gün saxlanılırdı, nəticədə tıxaclar və yüklərin çatdırılmasında gecikmələr olurdu. Hazırda bu problemlər aradan qalxıb. Avropa ölkələri demək olar ki, normal iş rejiminə qayıdıb. Fabriklər, zavodlar fəaliyyətlərini bərpa ediblər.

Sadəcə olaraq, aviayüklərin daşınması nisbətən çətinləşib. Məsələn, əvvəl "Silkway” Avropanın müxtəlif hava limanlarına həftədə 2-3 uçuş həyata keçirirdisə, hazırda həftədə bir dəfə, bəzən iki həftədən bir uçuş gerçəkləşir. Bu, təbii ki, yüklərin daşınmasında gecikmələrə səbəb olur. Amma digər nəqliyyat növləri ilə yüklərin daşınmasında hər hansı problem yoxdur. Hazırda Volqa-Don istiqamətində dəniz yolunu istifadə edirik və bu istiqamət oktyabr-noyabr aylarına kimi açıqdır. Bundan əlavə, yüklər Poti limanına, oradan isə dəmiryolu ilə Azərbaycana gətirilir. Amma bunu adətən, yüklərin birbaşa çatdırılması mümkün olmadıqda, naviqasiya periodu bağlananda edirik.  

- Hava nəqliyyatı ilə yükdaşımalarda çətinliyi necə aradan qaldırırsınız?

- Belə yüklər adətən, həcmi kiçik olan, ya da təcili çatdırılmalı olan yüklərdir və müştərinin tələbi ilə hava nəqliyyatı ilə gətirilir. Yəni bunu əvəz etmək olmur. Məsələn, avtonəqliyyat vasitəsilə Avropadan Azərbaycana yükləri ən tez halda, 15-17 gün ərzində gətirmək mümkündür. Təyyarə ilə gətirilən yükü isə müştəri maksimum bir gün sonra götürə bilir. 

- Ümumiyyətlə, pandemiya fəaliyyətinizə necə təsir göstərib?

- Azərbaycanda nəqliyyat və logistika sahəsi pandemiyadan zərər görən sahələrdən biri olsa da, "ScanEX”də kəskin azalma müşahidə edilməyib. Ümumi dövriyyədə 30% azalma olub. Yükdaşımalarda ciddi itkilərimiz olmayıb. Məsələn, nəqliyyat və logistika sferasının turizm sahəsi kimi tamamilə fəaliyyəti dayandırılmayıb. 

"ScanEX”in əsas yük daşımaları neft sektoru ilə bağlıdır. Qeyri-neft sektoru ilə bağlı daşımaların həcmi isə azdır. Müştərilərin sifarişləri davam edirdi, neftin ucuzlaşması bəzi layihələrə təsir göstərdi. Büdcələr azaldı. Məsələn, platforma tikintisi, terminal işləri dayandı. Bəzi layihələrin icrası isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

- Dövrün tələblərinin dəyişdiyi bir şəraitdə necə işləməyi planlaşdırırsınız? Postpandemiya, yaxud böhran dövrü üçün hansısa biznes strategiyanız varmı? 

- 2020-ci il bizim üçün çətin olsa da, yeni müştərilər qazana bilmişik. Düzdür, həcmi böyük olmasa da, yeni layihələrimiz var. "ScanEX” təkcə beynəlxalq yük daşımalarını deyil, digər xidmətləri də həyata keçirir və bu sahələrdə yeni partnyorlar qazanırıq. Məsələn, ağır texnikanın icarəsi sahəsində 1, nəqliyyatın icarəsi sahəsində 2 yeni müştəri ilə müqavilə imzalamışıq. Bundan əlavə, pandemiya ilə əlaqədar, nəqliyyat vasitələrinin icarəsi artıb. Belə ki, karantin şəraitində əsas tələblərdən biri - ara məsafəsinin saxlanılması işçilərin daşınması ilə əlaqədar, avtobusların sayını artırıb. Məsələn, əvvəl 28 yerlik bir avtobus tam həcmdə istifadə edilirdisə, indi bu avtobusdan 14 nəfər istifadə edə bilər. Bu isə o deməkdir ki, müştəri bizdən 1 avtobus əvəzinə 2-ni sifariş etməli olur. 

Bəzi layihələrdə isə azalma müşahidə edildi. Məsələn, Səngəçal terminalı qeyri-müəyyən vaxta qədər bağlandı və orada bütün nəqliyyat vasitələrimizin fəaliyyəti dayandırıldı. Nəqliyyatın icarəsində kəskin azalma əsasən, mart-aprel aylarında müşahidə olunurdu. Çünki şirkətlərin layihələrinə davam edib-etməyəcəyi bilinmirdi. Nəticədə, bir müddət durğunluq yarandı. Ümumilikdə, nəqliyyatın icarəsi sahəsində azalma olsa da, iş davam edir. Məsələn, əvvəl 20 avtobus sifariş edilirdisə, indi 10-12 avtobus sifariş edilir. Yəni azalma var, amma sıfıra düşdüyünü demək olmaz. 

- Ağır texnikaların icarəsində son vəziyyət necədir?

- Əsas fəaliyyət istiqamətimiz yükdaşıma və nəqliyyat vasitələrinin icarəsi ilə bağlıdır. Müştərilərimizə sərnişin avtobuslarından tutmuş, pikaplara kimi, hər növ avtomobil təqdim etmək imkanımız var. Amma "ScanEX” nəqliyyat vasitələrinin icarəsi sahəsində sırf korporativ müştərilərə yönəlib. Ağır texnikaların icarəsini isə son iki ildə köməkçi sahə olaraq, müştərilərə təklif edirik. Bu sahədə dövriyyəmiz elə də böyük deyil. 

"Ai-95” markalı benzinin avro standartlara uyğun istehsalını həyata keçirmək üçün hazırda neft emalı zavodunun yenidən qurulması prosesi gedir. Bu işləri həyata keçirən, qlobal birjalarda səhmləri satılan İspaniya tikinti şirkəti ilə əməkdaşlıq edirik və artıq 3-4 ağır texnikamız bu layihəyə cəlb edilib. Bu işi həyata keçirmək üçün yüksək standartlar tələb edilir. Bizim istifadə etdiyimiz texnikalar BP standartlarına uyğundur. Belə ki, istifadə etdiyimiz ağır texnikaların istismar müddəti 10 ili, nəqliyyat vasitələrinin istismarı isə 5 ili keçmir. 

- Daşınan yüklər üzrə risklər adətən, şirkətin üzərində olur. Hər hansı sığorta hadisəsi ilə qarşılaşmısınızmı? 

- Beynəlxalq konvensiyaya uyğun olaraq, yüklərin 70%-i sığortalanır. Əlavə olaraq, yükün 30%-lik hissəsini özümüz sığorta etdiririk. Hər hansı bir problem yaranarsa, müştəri birbaşa bizə müraciət edir. Daşıdığımız yüklər çox bahalıdır. Məsələn, bir avadanlıq 250 min avrodursa, bir maşında 4 belə texnikanın daşınması 1 milyon avro deməkdir, yəni yükü gətirən avtomobilin dəyərindən dəfələrlə çoxdur. Bu baxımdan, yükləri 100% sığorta etdiririk ki, sabah hər hansı problemlə üzləşməyək. Ümumilikdə isə indiyə qədər beynəlxalq yükdaşımalarda hər hansı bir qəza ilə üzləşməmişik. Nəqliyyatda sadəcə, kiçik zərərli qəzalarla rastlaşırıq. Məsələn, avqustun 3-də "ScanEX”ə aid 1, digər partnyorlara aid 2 avtobusa qəza nəticəsində ziyan dəyib. Qarşı tərəfə dəyən zərəri sığorta şirkəti ödəyəcək. 


OXŞAR XƏBƏRLƏR

Eros Ramozotti azərbaycanlı jurnalistə müsahibə verdi

 "Uşaqlarım mənim əsas ilham mənbəyimdir” "Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq” "Azərbaycanı ...

Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Sfera.az "Qafqazinfo”-ya istinadla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin müsahibəsini təqdim edir: - Bütün suallara, hamını düşündürən pand...

"Mənə bir gündə neçə dəfə təcavüz edirdilər" - TÜKÜRPƏDƏN MÜSAHİBƏ - VİDEO

  Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı o...

Şair Ramaldanov: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir

  Son illər Azərbaycan Ordusunda ciddi islahatlar həyata keçirilməkdədir. Maddi-texniki bazası gücləndirilən Ordumuz ən müasir silahlarla təchiz olunur, d...

Bəhruz Məhərrəmov: "Azərbaycanda rüşvət verən əllər kəsilməlidir" - MÜSAHİBƏ

  Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov KONKRET.az-ın suallarını cavablandırıb. – Bəhruz bəy, bilirsiniz ki,...

“Gecə saat 2-də zəng gəldi…” - Ölümqabağı Yaşar Nurinin xanımına SON SÖZÜ — MÜSAHİBƏ

Bu gün xalq artisti, adını milli kino və teatrımıza əbədi həkk edən əvəzolunmaz aktyor Yaşar Nurinin doğum günüdür. Sfera.az aktyorun ömür-gün yoldaşı Rəh...