No Image

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Robert Koçaryan: Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur

Hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, konseptual inkişaf proqramı olmayan Ermənistan boş şüarlar və qeyri-müəyyən xarici oriyentirlərə məhkumdur. 

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, dəftərxanası vasitəsilə "Sputnik Armenia” agentliyinə müsahibə verən Koçaryan sürətlə dəyişən qlobal siyasi proseslər fonunda ermənilərin gələcəyi ilə bağlı bədbin proqnozlar verib.

 

Koçaryan qeyd edib ki, son aylar NATO-nun etirazlarına rəğmən Türkiyənin Şimali Suriyada hərbi əməliyyatlar aparması və Rusiya ilə birgə hərəkət etməsi, habelə Moskvanın keçirdiyi Afrika sammiti yeni çoxqütblü dünyanın formalaşdığını göstərir. Paşinyan hökumətinin terrorçu reputasiyası olan "Sasna tsrer” təşkilatından dəstək almasını pisləyən keçmiş dövlət başçısı Rusiya ilə Qərbin arasında mövqesiz və qeyri-müəyyən siyasi reveransın da təhlükəli olduğuna işarə edib. Hökumət üzvlərini Vaşinqtondan qrant almaqda ittiham edən sabiq prezident vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasını istəyənlər ermənilərin məhv olacağı təhlükəsini nəzərə almırlar. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türkdilli Ölkələrin Sammitində Zəngəzurun Azərbaycan torpaqları olması barədə sözləri də təsadüfən söylənilməyib. "Bu, türk xalqlarının məskunlaşdığı ərazilərin davalı olmasına doğru atılmış bir addımdır”, -deyə Koçaryan əlavə edib. O, həmçinin qeyd edib ki, son illər daha da güclənən Türkiyə-Azərbaycan münasibətləri Ermənistanın və Dağlıq Qarabağda qondarma rejimin gələcəyi üçün təhlükədir.

Sabiq prezident Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu yaxınlarda BBC telekanalına verdiyi müsahibəni də rüsvayçı adlandırıb. Əlavə edib ki, Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda mövqeyi getdikcə zəifləyir. "Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə!” bəyanatı bizi danışıqlarda yenidən dövlətlərin ərazi bütövlüyü prinsipinə qaytarıb. Bu, çox səhv addım idi... Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, nizamlanma prosesində aydın ifadə edilən mövqe olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına qoyub. Həmsədrlərin bəyanatlarında da bunu görmək mümkündür”, - deyə Koçaryan vurğulayıb. O əlavə edib ki, bütün bunlar Azərbaycana danışıqların mənasız olması iddiası irəli sürərək hərbi əməliyyatlar vasitəsilə ərazi bütövlüyünü bərpa etmək hüququ verir.

Koçaryan Qarabağ erməniləri ilə Ermənistan elitası arasında münasibətlərin gərgin olduğunu da diqqətə çatdırıb. O iddia edib ki, Ermənistanda büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin də 20 faiz azaldılması hökumətin əlacsız olmasının göstəricisidir.

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev Fərman imzaladı

  Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Fərman im...

Qarabağda dəhşətli savaşa doğru: müharibənin sonu BU OLACAQ - Rusiyadan Ermənistana ŞOK

Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başlaması intihara meyilli avantüristlərə xas olan əlamətdir. Sfera.az xəbər verir ki, bunu rusiyalı siyasi t...

Azərbaycan və Ukrayna Prezidentləri arasında telefon danışığı olub

 Sentyabrın 22-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sfera.az xəbər verir ...

Koronavirusa yoluxan şagirdlərin sayı artdı - STATİSTİKA

 Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb. Sfera.az xəbər verir ki, sentyabrın 22-...

Ərdoğan İlham Əliyevə zəng etdi

 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sf...

Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir

 Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın hüquqlarını pozan Ermənistanın faşist ideologiyasına xidmət ...