Prezident icra başçısını təltif etdi
Siyasət
19:09 / 30.10.2019
2295
Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İsmayıl Vəliyev Neftçala rayonunun icra başçısıdır.