No Image

Azərbaycanda tələbə adı qazananlardan 5 faizi bu hüquqdan imtina edib

Azərbaycanda tələbə adı qazananlardan 5 faizi bu hüquqdan imtina edib
 

Bu il ali təhsil müəssisələrinə qəbul olunanların 95%-i qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçiblər. 

Sfera.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi APA-nın sorğusuna cavab olaraq bildirib.

Ali təhsil müəssisələrinə qəbulun I mərhələsi və boş qalan plan yerlərinə qeydiyyatdan keçənlərin sayı 41500-ə yaxındır. Universitetlərə qəbul olunanların təxminən 5%-i isə qeydiyyatdan keçməyib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək isə abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir. 

 

Qeyd edək ki, I mərhələdən sonra ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunub. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 olub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə isə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı - SƏBƏBİ AÇIQLANDI

  Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb. Sfera.az xəbər verir ki, 46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilib. ...

Rezidenturaya qəbul imtahanı başa çatdı

 Dövlət İmtahan Mərkəzi sentyabrın 18-də 2020/2021-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezi...

Təhsil naziri əmr imzaladı

  Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalay...

Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA

 Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən bəzən...

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlandı

 "Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının sentyabrın 18-i üçün n...

Bu qrupda keçid ballarının artırılacağı gözlənilir

  Statistika onu göstərir ki, ötən illə müqayisədə bu il V qrup üzrə müsabiqəyə buraxılanların sayında artım var. Sfera.az-ın məlumatına görə, bunu Dövlə...