20 yaşlı yazıçı aclıqdan öldü

20 yaşlı yazıçı aclıqdan öldü
Rusiyanın paytaxtı Moskva şəhərində yazıçı Adelina Şeldon yaşadığı mənzildən ölü vəziyyətdə tapılıb. Yazıçının aclıqdan öldüyü ehtimal edilir.

20 yaşlı Şeldonun meyiti kirayə götürdüyü mənzilin sahibi tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, bir neçə gündür yazıçı ilə əlaqə qurmağa çalışsa da, o, telefona və mesajlara cavab verməyib. Sonra kişi mənzilə gəlib və çilingərin köməyi ilə qapını açaraq bir neçə gün əvvəl ölmüş Şeldonun meyitini tapıb. Polislər meyitin üzərində zorakılıq izləri aşkar etməyiblər. Mənzildə demək olar ki, yemək olmayıb. Qız gündəliyində son bir il ərzində quru oruc (bütün quru qidalardan imtina edib, yalnız su içmək) tutduğunu yazıb.

Adelina Şeldon XVII-XVIII əsrlərdə Fransa kral ailəsinə həsr olunmuş "Vencenosnıe” kitabının müəllifi kimi tanınır. Əslən Ukraynadan olan yazıçı Edinburq Universitetinin tələbəsi idi.
 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...