190 manatlıq yardımın verilməsi ilə bağlı əhaliyə şad xəbər!

190 manatlıq yardımın verilməsi ilə bağlı əhaliyə şad xəbər!
İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. Qərarda qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Bəs, bu ödənişlər nə zaman həyata keçiriləcək?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:

"Vətəndaş onlayn qeydiyyatdan keçən zaman hansı rayonu qeyd edibsə və o rayon sərt karantin rejiminin tətbiq olunduğu rayondursa, bu ödənişlər həmin vətəndaşlara şamil olunacaq. Onlar  birdəfəlik ödəmə alacaqlar".

Onlayn qeydiyyatın aparıldığı zaman işləyən, amma bu müddət ərzində işini itirən insanların veriləcək birdəfəlik ödəmədən yararlanıb-yararlanmayacağı məsələsinə gəldikdə isə, Əsmər Nəcməddinqızı bildirib ki, hazırki ödəmələr üçün qeydiyyat aparılmır:

"Bildiyiniz kimi ödəmələr üçün yenidən qeydiyyat yoxdur. Qeyd edilən həmin şəxslər digər aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün müraciət edə bilərlər. İctimai iş, özünüməşğulluq proqramı və s".
 
Sfera.az

 
 
 



OXŞAR XƏBƏRLƏR

Prezident onu təltif etdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev Ş.M.Muradovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xə...

Bakı polisi çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirir - FOTO

 Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində...

Sumqayıt polisi çimərliklərdə reyd keçirir - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisind...

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

 Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin...

Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb

 Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə ...

Azərbaycanda COVID-19-dan daha 360 nəfər sağaldı, 5 nəfər vəfat etdi - FOTO

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 360 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.&...