19 noyabrda Ay tutulması baş verəcək - Bürcləri nə gözləyir?

19 noyabrda Ay tutulması baş verəcək - Bürcləri nə gözləyir?
Noyabrın 19-u, cümə günü Buğa bürcündə baş verəcək Ay tutulması hər kəsin həyatında bir sahədə köklü dəyişikliyə səbəb ola bilər və həftəboyu mühüm sonluqlar və ya başlanğıclar yaşana bilər.
 
Sfera.az xəbər verir ki. Ayın Qoç bürcünə təsiri ilə həftəyə enerji dolu başlaya və cəsarətli təşəbbüslər edə bilərik. İdman etməklə artıq və aqressiv enerjimizi atmaq faydalı olacaq.

Özümüzü yeni başlanğıclara hazır hiss edə və asanlıqla motivasiya ola bilərik. Bu təsirlər çərşənbə axşamı da davam edəcək. Qəzalara və uğursuzluqlara qarşı diqqətli olmaq faydalıdır. Bazar ertəsi gecəsi Günəş və Yupiter arasındakı münasibət maliyyə məsələlərində həddindən artıq xərcləmənin və ya gözlənilməz pul itkilərinin əlaməti ola bilər.

Bu həftə çərşənbə, cümə axşamı və cümə günləri Ay Buğa bürcündə irəliləyəcək və gündəmimizdəki mövzularla əlaqədar inadkarlıq göstərə bilərik. Xüsusilə 17 noyabr, çərşənbə günü saat 19:53-də baş verəcək kəskin bucaq ani sitiuasiyalardan, dava və ya qəzalardan xəbər verə bilər. Hər kəs partlamağa hazır bomba kimi olacaq. Hər cür stresli və təhlükəli mühitlərdən uzaq durmaq, risk etməmək faydalı ola bilər.
 
Problemli və gözlənilməz vəziyyətlər Ay tutulmasından dərhal əvvəl yaşana bilər. Bütün dünyada müharibə və ya üsyanla əlaqəli, həmçinin partlayıcı və ya təbii fəlakətlə bağlı hadisələr gözlənilir.

Xüsusilə Buğa, Əqrəb, Dolça və Şir bürcündən olanlar baş verənlərdən daha çox təsirlənə bilər. 19 Noyabr saat 11:58-də baş verəcək Ay tutulması təbiət hadisələri və yerlə bağlı məsələlərə də təsir edə bilər. Qida sənayesində, pul bazarlarında və sənət dünyasında mühüm inkişaflar gözlənilir.

Tutulmadan əvvəl saat 09:02-də Venera ilə Uran arasındakı müsbət cəhət eşq həyatımıza sürpriz yeniliklər də gətirə bilər. Tutulmadan sonra saat 17:33-ə qədər Ay kosmosda hərəkət edəcək, ona görə də əhəmiyyətli bir bucaq yaratmayacaq və sonra Əkizlər bürcünə keçəcək. Ona görə də cümə günü və həftəsonu çox çaşqın ola bilərik.
 
Yaxşı olar ki, cümə və həftə sonunu sakit keçirəsiniz, heç bir mühüm qərar qəbul etməyəsiniz. Noyabrın 22-dən etibarən aydınlaşıb istiqamətimizi taparaq hərəkətə keçə bilərik.
 
İnci
Sfera.az
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...