16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı - Azərbaycanda

16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı - Azərbaycanda
Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.

Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:

"Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.

Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub. 

Xatırladaq ki, Ailə Məcəlləsinə dəyişiklik edilməmişdən əvvəl nikah yaşı qızlar üçün 17, oğlanlar üçün isə 18 yaş müəyyən olunmuşdu. 2011-ci ildə Ailə Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra nikah yaşı həm qızlar, həm də oğlanlar üçün 18 yaş olaraq müəyyən olunub.

Yalnız üzürlü səbəb olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...