1300 erməni hərbçinin məhv edildiyi əməliyyat - Erməni politoloq danışdı

1300 erməni hərbçinin məhv edildiyi əməliyyat - Erməni politoloq danışdı
Ermənistanlı politoloq Andranik Ovannisyan Qarabağda 44 günlük döyüşlərin gedişatı ilə bağlı maraqlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, politoloq baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Qarabağ separatçılarının keçmiş hərbi komandiri Samvel Babayanın planı əsasında keçirilən uğursuz əməliyyat barədə danışıb. Onun sözlərinı görə, Lələtəpə istiqamətində müharibənin ilk günlərində həyata keçirilən əməliyyat erməni qoşunlarının darmadağın edilməsi ilə nəticələnib.

"Qarabağada 2020-ci ilin sentyabr-noyabr aylarında gedən döyüşlər zamanı Ermənistan ordusunun 5-ci korpusunun komandiri Andranik Piloyan Lələtəpə strateji yüksəkliyinin ələ keçirilməsi üçün öncədən məğlubiyyət məhkum olan əməliyyat planı keçirməyə razılıq vermişdi. Əməliyyat baş nazirin həyat yoldaşı Anna Akopyan və "təhlükəsizlik şurasının eks-baş katibi” Samvel Babayan tərəfindən hazırlanmışdı. Əməliyyatın məqsədi keçmiş hakimiyyətin zəifliyini göstərmək üçün Lələtəpə yüksəkliyini yenidən ələ keçirmək idi”- deyə politoloq söyləyib.

O uğursuzluqla başa çatana əmıliyyatdan sonra Ermənistan ordusunun Zəngilana qədər geri çəkilməyə məcbur olduğunu qeyd edib.

"Mənasız piar-aksiya xatirinə keçirilən əməliyyat zamanı 1300 hərbçi və onlarla tank itirdik. Yeni mövqelərdə möhkəmlənmək olmadı və artıq bir neçə saat sonra 5-ci korpus Piloyanın başçılığı altında Araz vadisindən Ermənistan sərhədlərinə qədər geri çəkildi”.

Əməliyyatın uğursuzluğunu ictimaiyyətdən gizlətmək üçün Paşinyanın korpus komandiri Andranik Piloyana "Milli Qəhrəman” adı verdiyi və sonradan fövqəladə hallar naziri təyin etdiyi də vurğulanır.
 
(modern.az)

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...