123 yaşlı nənə ilə 1 gün - VİDEO - FOTO

123 yaşlı nənə ilə 1 gün - VİDEO - FOTO

 

Sfera.az qafqazinfo-nun yazısını təqdim edir:

"Ay nənə bax, doxtur gəlib, sənin təzyiqini yoxlayacaq".

123 yaşlı müsahibim yanına heç kimi buraxmadığı üçün otağa həkim adı ilə girirəm. Açıqsözlü olduğundan elə ilk görüşdə "bu uşaq mənə baxacaq?", - soruşub üzünü çevirir.

Təzyiqini ölçməyə cəhd edib, sağlamlığı ilə bağlı bir neçə sual verirəm:

- Ağrın var?

- Ürəyim sıxılır, boğuluram. Elə bil ürəyimi sıxırlar. 

"Pasient"imin dediklərindən anladığım bu qədər olur. Onu çox yormamaq üçün sağollaşıb digər ailə nümayəndələri ilə söhbətə gedirəm.

"Qafqazinfo" olaraq Beynəlxalq Ahıllar Günündə Neftçala rayonunu Beşdəli kəndinə yollanmağımızın əsas səbəbi sənədlərdən gəldiyimiz qənaətə əsasən, qəhrəmanım Sona Səmədovanın nəinki Azərbaycanın, hətta dünyanın ən yaşlı insanı olmasını istisna etməməyimizdir.  
 
Maraqlısı budur ki, hazırda rəsmi olaraq dünyadakı ən yaşlı insan Yaponiyanın Fukuoka şəhərindən yaşayan 116 yaşlı Kane Tanakadır. Bu ilin əvvəlində onun adı "Ginnesin Rekordlar Kitabı"na salınıb. Rusiyanın Pensiya Fondu isə 119 yaşlı təqaüdçüsünün olduğunu bildirərək bu rəqəmlərə yenidən baxılmasını istəyib. 

Bu rəqəmlərdən sonra Azərbaycan banklarından birinin ən yaşlı təqaüdçüsünün 123 yaşı olması ilə bağlı verdiyi məlumat hamının marağına səbəb olub. Çox insan bu rəqəmə inanmasa da, ailə sənədləri təqdim edib.

Həm nəticəsi, həm də gəlini olan Şahinə xanımın sözlərinə görə, nənə gec ailə qurub:

"Dövlətin verdiyi sənəddir. Kiməsə maraqlıdırsa, araşdıra bilər. Mən onun nəticəsiyəm, nəvəsinə ərə getmişəm. Gec ailə qurub, elə övladları da gec dünyaya gəlib. 4 övladı var, ən böyüyünün yaşı 80-dən yuxarıdır. 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var.

 

Yanında mən oluram, qızım kimi baxıram. Bir qədər əsəbləri zəifdir, ona görə gərək nazı ilə oynayasan. Tək qalmaqdan qorxduğu üçün anam həmişə yanında olur. Övladlarının, nəticələrinin ona qayğısından isə birmənalı olaraq razıdır".

Söhbətimizə nənənin ən kiçik övladı olan 70 yaşlı Həşim baba ilə davam edirik:

"Sənədində 1896-cı il yazılıb. Bu da 123 yaş edir. Biz heç vaxt bu barədə harasa məlumat verməmişik. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Anam az yeyir, ancaq hər şeyin ən yaxşısından istəyir. Balığı və süd məhsullarını çox sevir. Belə bir xüsusiyyəti var, nə qədər sevsə də, bu gün yediyini sabah yeməz. Atamı çox tez itirib. Mənim 2 yaşım olardı. Deyir ki, ac yatarmış, amma uşaqları ac qoymayıb. Çətinliklə 4 övlad böyüdüb. Kalxozçu olub, əmək qəhrəmanıdır. İndinin özündə 60 yaşında dünyaya uşaq gətirənlər var. Allahın qismətidir, deyək". 

Nəvəsi Gözəl Səmədov deyir ki, 123 yaşlı nənənin elə bir ciddi xəstəliyi yoxdur:

"Sadəcə nevroloji problemi var. Qan təzyiqi normaldır, şəkər, ürək problemi yoxdur. Gözünü əməliyyat etdirmişik, bizdən yaxşı görür. Yerli həkimlər həftədə bir dəfə gəlib baxıb gedirlər. Bəzən çox rahat danışır, özü hərəkət edə bilir. Ancaq çalışırıq ki, həmişə yanında olaq".

Elə ailə ilə sağollaşıb çıxan zaman da nənənin gözünün yaxşı gördüyünün şahidi oluruq. Pəncərədən məni görüb, "xam" həkiminin hələ də niyə getmədiyini soruşur.



OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...